Photograph Miniature etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Photograph Miniature etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

16 Nis 2011

Kiçik Xoşbəxtliklər ....


İnsanı xoşbət etmək hər zaman kiçik detallar mövcuddur.Xoşbəxtliyə gedən yolda illah da böyük hadisələrin yaşanması gərəkməz.Verilən çox kiçik diqqət belə insanı məmnun edir,gün boyu həyatının şən keçməsini təmin edir.Dünən ATAM tərəfindən edilən hədiyyələr mənim üçün çox orijinal və şokedici oldu.Adətən ATAlardan günlük həyatda hədiyyə almaq haradasa qeyri-mümkündür :) Ancaq ezamiyyətdə olduğu İsmayıllı rayonunun Lahıc kəndindən mənə gətidiyi bu hədiyyələri görüncə inanılmaz dərəcədə sevindim..Dünəndən bəri elə xoşbəxtəm kiiii....Hətta bu gün çox xoşbəxt olmağımın səbəbi də elə bu hədiyyələrdir :) Çox sevdiyim iki şey.
Ayaqlıq və qolbaq :)
Buradan ona dərin təşəkkürümü bildirir və Ona Çox Sevdiyimi söyləmək istəyirəm :)! Səni Sevirəm,ATA ;)!

3 Oca 2011

My New Year Gifts ;)

Yeni İli hədiyyələrsiz təsəvvür etmək qeyri-mümkündür.Ailə fərdlərinin bir-birləinə özənlə və xüsusi diqqətlə seçdikləri bu hədiyyələr necə gözəl sevinc,həyəcan əks etdirir üzlərdə..Mənə də hədiyyələr verildi..Aİləm..Mənə çoox sevdiyim 2 şəxs tərəfindən verilmiş bu sevimli hədiyyələrimi Sizlərlə böllüşmək istədim..

Bacımın mənə aldığı ingilis bayrağı işləməsi olan koşelyok :) və güzgü ;) Bu hədiyyələrimi hər gün açıb baxıram :)-Çooox sevirəm ;) Brand : Accessorize.

Bu güzgüm..


Bu isə ən yaxın Dostumun mənə verdiyi ən gözəl hədiyyələrdən biri.Yox qəşəng hədiyyə :)-Kopya mən =)

28 Kas 2010

Həftəsonu-Yekun.


20 noyabr mənim üçün çox fərqli bir gün oldu.Ümumiyyətlə illər sonra belə xatırlayacağım bir gün..Həmin gün həyəcan məni çox boğdu..Həmin gün sevincimdən əsdim :)

20.11.10-Guiness kitabına düşən yazıçımız Çingiz Abdullayevlə gözəl bir qısa da olsa gün keçirdib imza aldım..Suallarıma cavab tapdım.Yaxından ilk dəfə idi ki,görürdüm.Çox sadə,səmimi bir insan idi.Bəyəndim.Samballılılığı da öz yerində :).

Kiçicik bir imza məni necə də həyəcanlandırmışdı :)-imza mənim üçün önəmli idi..Geriyə bir də onunla çəkdirdiyim 2 şəkil qaldı..Hər dəfə o şəklə və kitabı açıb yenidən sevdiyim hissələri oxuyanda həyəcan məni bürüyür..Hər halda bunu açıqlamağa bir ehtiyac yoxdur :)

Daha neçə belə görüşlərədək,Çingiz müəllim :)-Qələminiz iti olsun ;) Axı biz oxuyucular sizin yeni romanlarınızı gözləyirik ;)








Sizlərə də keçirdə biləcəyiniz gözəl bir həftəsonu diləyirəm.Xoş günləər :)!

19 Kas 2010

Qaqaşım-15 yaş -18.11.10


Həəə,bizdə Noyabr ayı ad günləri ayıdır :). O qədər doğulan var ki bu ayda..

Demək belə.Mələyimin ad günündən sonra,növbəti gün qardaşımın ad günü idi ...O da yubiley yaşına qədəm qoydu ..15.. Bu yeni yaşında ona bolluca uğur arzu edirəm..Çünki,ali məktəbi hədəfləyib ;) Uğur ,Qaqaşım !!!!



Sağlıqlı illər keçirtsin İNŞALLAH bizlərlə !
Ad günün mübarək ;)

Balacamın 5 yaşı :)-17.11.10


Mənim bir balaca "qızım" var.O qədər onu çox istəyirəm ki...Dayımın qızı :) Şirinim mənim..Ayın 17si bu balca mələyim 5 yaşına qədəm qoydu ..Neçə belə illərə Gözəlim!Neçə belə yaşları AİLƏNlə,yaxınlarınla,əzizlərinlə keçirdəsən..

Onu körpəlikdən mən böyütmüşəm :) Ona görə,bütün uşaqlardan çox onu istəyirəm.Bu arada o da mənə bənzəyir yavaş-yavaş :)
Şokolad :)) Almazmıydınız? :)

Bu da mənim hədiyyəm;) Məndə olan ən gözəl fotolarından bir albom düzəldib ona hədiyyə etdim...Çox bəyəndi,gün boyu əlindən yerə qoymadı...


17-si mənim üçün bəlkə də bir başqa cür gün idi ..Ad günü olan həm dayım qızı,həm də mənim balacam ..Xoşbəxt ol,Əzizim :)!

15 Kas 2010

Yeni :)


Nəhayət :) Uzun zamandır pomada almaq həsrətilə yaşayırdım :( Ancaq nə rəng?! Bilmirdim.Düşündüm-düşündüm.Nəhayət,bunu aldım :) "Pastel"-orada bəyəndim,ancaq evə gələndə bəyənmədim :( Bir pomada rəngim var idi,qırmızı,ona çox bənzəyir :( Ancaq şəkildə filan baxdım,qırmızı deyil :) Lap girinc oldum :) Bəlkə Siz deyəsiniz?! :) Yaxşıdır ya yox?!

Sevimli yeməklərimdən biri.

Dietadayam,yeyə bilmirəm,şəkillərinə baxıram ancaq :(( Şəkillər necə hazırlandığını Sizə izah edəcək ;)





Nuş olsun ;)

14 Kas 2010

Kitabxana...Sonra da Gəzmək :)


Dərslər :@ Kurs işləri.Yarımçıq qoymuşdum hanısını.Nəhayət ki,dünən Axundov adına kitabxanaya gedib,kurs işimə lazım olan materialları güclə tapdım.Qaldı onları düzəldib birləşdirib yazmaq.Hələ bir kurs işi daha var önümdə.Onun materiallarını heç tapmamışam,onsuz təzə verilib :( Gec verilib və tez də istəyəcəklər :@
Oradan rəfiqəm M ilə getdik gəzməyə.Bu quş yuvasını çox sevdimşAncaq quşlar hanı?! :S



Sonra da istədiyimiz şirniyyatları alıb,getdik çay içməyə :) Çay gəlincə də boş dayanmadıq :))) Şəkil çəkdirdik ;)

Bu restoranı çox sevirəm.Çox rahat...Dincəlirəm burda.Restoran "Firuzə" .

Tablolar filan,hamısı da elə gözəl ki..

Tez-tez ziyarət etdiyim yerlərdən..











Yemək yemək ayrı,ancaq çay içmək ayrı 1 zövq ...














Sonra Mc Donalds..Dondurma keyfi və evə :))))

10 Kas 2010

Raffaello ;)


Həyatda kiçik xoşbəxtliklər bəxş etmək üçün kiçik bir gülümsəmə,bəzən kiçik bir şokolad,kiçik bir şirni də bəs edər..

Raffaello-kiçik xoşbəxtliklər bəzən 1 Raffaellodan başlar :)

7 Kas 2010

Qız-Qıza keçirilən super 1 Gün ...

Qızlarla olan partyləri,gəzməkləri həmişə sevirəm.Hər şeydən danışmaq,bəlkə,"qeybət" olsa da qeybət qırmaq :),gəzmək,əylənmək çox sevdiyim şeylərdəndir..Bununla bütün yorğunluğum çıxır..İStərdim hər gün belə gözəl keçsin,hətta,ən pis günümüz belə gözəl olsun!AMİN,İNŞALLAH!

Hmm,keçən postda bəhs etdiyim kimi,şəkilləri paylaşım ;)

Nərimanov Parkı

Dayanılmaz Ləzzət-Lahmacun (: Neftçilər-Kardeşler Lahmacun.


Hər dəfə bunu görəndə çaşıram,həqiqiyə oxşayır :) Kardeşlerin Brendi :D


"Afina +"-çoox gözəl istirahət yeri idi,narıncı aura vardı işəridə,ilk dəfə getdim və çox bəyəndim,qrup yoldaşım N'nin sayəsində,təşəkkür :)!


Gözəl bir çay keyfi...Gəzinti bununla da yekunlaşdı ;)



12 Eki 2010

Ləziz Post ;) ya da toyuq çöp-şiş kabab



Son zamanlar blogla maraqlanmağa heeeç vaxtım yoxdur..Səbəbini bir sonrakı postda yazaram ;) Çünki,indi iftar vaxtıdır ;) Qəza Orucum qalıb,onları tuturam.Bu da İftar yeməyim ;)


ANAMın əllərinə sağlıq :)!

7 Eki 2010

S's Birthday :)


6 oktyabr qrup yoldaşımın ad günü idi ;)Burdan bir daha onu təbrik edirəm ;) Happy Birthday,S :)!

Bu gün MarryBrown göəl bir ad günü qeyd etdik,təbii onun və sevgilisi C sayəsində ;)
Gözəl bir gün keçirtdik,ardından da universitetə getmədik :))).Suuper bir gün idi,əyləndik,oxuduq,oynadıq :)) Çooxlu şəkillər,videolar çəkdik ;) Bu Gözəl gün üçün Svə C'yə öz minnətdarlığımızı bildirirəm !Təşəkkürlər :)

23 Eyl 2010

Meksikasayağı qəlyənaltı ;)




Dəyişik dadları yoxlamağı xoşlayıram.Amma,yeyə biləcəyim ərzaqlar varsa tərkibində.Bu qəlyənaltını da çox sevdim.Çoox dadlı idi.Tərifini sizə də verirəm.Yoxlamaq lazımdır.Çox dadlı alınır.Beləliklə qarşınızda meksikasayağı qəlyənaltı ;)

Xəmiri üçün :

4 paylıq :

- 160 qr un
- 2 çay qaşığı qabartma tozu
- 3 yumurta
- 6 xörək qaşığı (x.q.) süd
- 50 ml ərinmiş yağ
- 1 çimdik duz

İçlik :

- 1 ədəd pomidor
- 1 ədəd bibər
- 150 qr feta pendiri
- 50 qr sürtkəcdən keçirilmiş pendir
- 100 qr. qarğıdalı konservi
- 1/2 dəstə cəfəri
Hazırlanışı : Pomidor,bibər yarıya bölünür.Bibərin tumları təmizlənir.Kub formasında doğranılır.Feta pendirini də kub formasında doğrayırıq.Cəfərini də xırda-xırda doğrayıb qaba əlavə edirik.Sürtkəcdən kçeirilmiş pendir və qarğıdalı da digər tərəvəzlərin üzərinə əlavə olunur və qarışdırılır.İçlik hazırdır. Xəmir : Yumurta + duz + süd birlikdə çalınır.Yağ + un ələkdən ələnərək əlavə olunub qarışdırılır.Xəmir hazır olduqdan sonra iç əlavə olunur xəmirin üzərinə.Yaxşıca qarışdırılır. Soba 200 dərəcədə isidilir.List yağlanır və unlanır.Hazırladığımız kütləni listə əlavə edirik,hamarlayırıq.30 dəq-yə bişir.15 dəq. soyutduqdan sonra doğranır və süfrəyə cəfəri,limon və pomidorla bəzədilib verilə bilər.Meksikansayağı qəlyənaltınız hazırdır ;) Menu-ma bu yemək də əlavə olundu,çox sevdim :) Tərif "liza" jurnalınma aiddir.Hazırlanışı BACIMa məxsudur,fotolar isə mənə :).

22 Eyl 2010

20 sentyabr-Neftçilər Günü .






Gözəl bir süfrə hazırlamışdıq.Azərbaycan plovu,cücə ləvəngi ilə.Sadəcə acmışdıq :),çəkməyə həvəs olmadı şəkillərini :)
Şəkil www.azcookbook.com saytından götürülb ;)
Sadə Azərbaycan plovu :

5stəkan düyü (1kq) duzlu ilıq suda isladılır.O islanarkən kənarda 1 qazan su (düyüyə görə) qaynadılır.Su qaynayan zaman düyünü qaynar suya əlavə edirik.10 dəq-dən sonra artıq düyünü süzürük.Süzdükdən sonra düyünü dəmə qoyuruq.Aralarına sarıkök da əlavə edirik.Süfrəyə verəndə isə yağlayırıq ;) Qazmağını isə gələn dəfə yazaram ;)

Almalı piroq və ya Şarlotka "Qızılgül" 12 paylıq : - 150 qr yumşaq kərə yağı - 1 çimdik duz - 190 qr şəkər tozu - 3 yumurta - 250 qr un - 1 çay qaşığı qabartma tozu - 4 iri alma (şirin) - 1 xörək qaşığı şəkər pudrası Hazırlanışı : 1.Yumşaq kərə yağını azca çalıb,150 qr. şəkər tozunu əlavə edib mikserlə çalırıq.Yumurtaları bir-bir əlavə edirik.Sonra qabartma tozu əlavə olunmuş unu əlavə edirik (ələyərək).Sobanı 180 dərəcədə isidirik. 2.Almaların qabığını təmizləyib yarıya bölürük və bıçaqla almanın üzərində sonacan kəsməmək şərilə kəsiklər qoyuruq.Diametri 26 sm olan tavanı yağlayırıq (marqarin olar),unlayırıq,xəmiri tavaya töküb,hamarlayırıq.Almaları üzərinə düzürük (gül formasında).Və qalan şəkər tozunu üzərinə səpirik45 dəq. bişiririk.Süfrəyə verməzdən öncə üzərinə şəkər pudrası səpirik.
Nuş olsun! Resept "Liza" jurnalından götürülüb.Bişirilməsi isə BACIMa Məxsudur.Əla alınmışdı.Yoxlamağa dəyər ;)

13 Eyl 2010

FoToQrAf....

Sadəcə bunu qeyd etmək istədim bura : Geriyə dönüb baxdığımda bunun 1 arzu kimi qalmadığını görüm ....İNŞALLAH..

9 Eyl 2010

Müqəddəs RAMAZAN Bayramınız Mübarək!


RAMAZAN ayını da beləcə yola saldıq..Bitməsini heç istəmədiyim müqəddəs bir ay!Rahatlıq tapdığım bir aydır!Amma,nə etməli,hər şey bitir bir gün..Önəmli olan odur ki,o hər il var..Hər il Müqəddəs ayı yaşayırıq,ŞÜKÜR YA RƏBB!

ALLAH Tutduğumuz ORUCları,Qıldığımız NAMAZları,Etdiyimiz DUAları,Oxuduğumuz QUR'ANİ-KƏRİMİ,Etdiyimiz TÖVBƏləri qəbul edib,günahlarımızı bağəşlasın!ALLAHım SƏN ÖZün biz bəndələrini qoru!Bizə hər iki dünyanın gözəlliklərini nəsib et!AMİN!

CƏMİ İBADƏTLƏRİMİZİN ALLAH DƏRGAHINDA QƏBUL OLUNMASI DİLƏYİ İLƏ MÜQƏDDƏS RAMAZAN BAYRAMIMIZ MÜBARƏK!

8 Eyl 2010

Art.Bazaar - Contemporary Art Exhibition.


Azərbaycan Fotoqraflar Birliyinin(AFB) dəstəyi ilə həyata keçirilən Art.Bazaar bədii layhəsi özündə təsviri incəsənətin müxtəlif, üslublarında, fotoqrafiya, rəssamlıq, qrafika, video-art-da ifadə etmiş gənc perspektivli müəlliflərin işlərinin sərgisini təqdim edir. Oxşar tədbirlər və formal olmayan ekspozisiyalar şəhərimiz üçün nadir hallar təşkil edir. Rahat şərait və “undergraund” atmosferi bir daha təqdim olunan işlərin və müəlliflərinin orijinal və unikallığını vurğulayır. Sərginin açılışı Sentyabrın 7-də saat 19:00-da Vətən kinoteatrında baş tutaraq və 7 gün davam edəcək. Açılış günü bir günlük festival formasında keçirilməsi planlaşdırılır. Həmən gün Sizi musiqi də müşayiət edəcək. Giriş sərbəstdir.
Mənbə: Qeyd.az

Mən də dünən iştirak etdim.Qəribə atmosfer+fərqli rəsmlər=Maraqlı bir sərgi :)
Maraqlı idi,belə mədəni istirahətlər hər zaman lazımdır...Mümkün ola bildiyincə şəkil çəkdim,içərinin çox isti olması böyük nöqsanlardan biri idi.Amma,maraqlı oldu.Bütün iştirakçılara da gələcək işlərində uğurlar arzulayıram ;) Burda da bir neçə şəkil :