8 Eyl 2010

Art.Bazaar - Contemporary Art Exhibition.


Azərbaycan Fotoqraflar Birliyinin(AFB) dəstəyi ilə həyata keçirilən Art.Bazaar bədii layhəsi özündə təsviri incəsənətin müxtəlif, üslublarında, fotoqrafiya, rəssamlıq, qrafika, video-art-da ifadə etmiş gənc perspektivli müəlliflərin işlərinin sərgisini təqdim edir. Oxşar tədbirlər və formal olmayan ekspozisiyalar şəhərimiz üçün nadir hallar təşkil edir. Rahat şərait və “undergraund” atmosferi bir daha təqdim olunan işlərin və müəlliflərinin orijinal və unikallığını vurğulayır. Sərginin açılışı Sentyabrın 7-də saat 19:00-da Vətən kinoteatrında baş tutaraq və 7 gün davam edəcək. Açılış günü bir günlük festival formasında keçirilməsi planlaşdırılır. Həmən gün Sizi musiqi də müşayiət edəcək. Giriş sərbəstdir.
Mənbə: Qeyd.az

Mən də dünən iştirak etdim.Qəribə atmosfer+fərqli rəsmlər=Maraqlı bir sərgi :)
Maraqlı idi,belə mədəni istirahətlər hər zaman lazımdır...Mümkün ola bildiyincə şəkil çəkdim,içərinin çox isti olması böyük nöqsanlardan biri idi.Amma,maraqlı oldu.Bütün iştirakçılara da gələcək işlərində uğurlar arzulayıram ;) Burda da bir neçə şəkil :



Hiç yorum yok:

Yorum Gönder

RƏYLƏRİNİZ DİGƏR OXUYUCALARA DA KÖMƏK OLA BİLƏR! ODUR Kİ, RƏY YAZMAĞI UNUTMAYIN! :)