22 Eyl 2010

20 sentyabr-Neftçilər Günü .






Gözəl bir süfrə hazırlamışdıq.Azərbaycan plovu,cücə ləvəngi ilə.Sadəcə acmışdıq :),çəkməyə həvəs olmadı şəkillərini :)
Şəkil www.azcookbook.com saytından götürülb ;)
Sadə Azərbaycan plovu :

5stəkan düyü (1kq) duzlu ilıq suda isladılır.O islanarkən kənarda 1 qazan su (düyüyə görə) qaynadılır.Su qaynayan zaman düyünü qaynar suya əlavə edirik.10 dəq-dən sonra artıq düyünü süzürük.Süzdükdən sonra düyünü dəmə qoyuruq.Aralarına sarıkök da əlavə edirik.Süfrəyə verəndə isə yağlayırıq ;) Qazmağını isə gələn dəfə yazaram ;)

Almalı piroq və ya Şarlotka "Qızılgül" 12 paylıq : - 150 qr yumşaq kərə yağı - 1 çimdik duz - 190 qr şəkər tozu - 3 yumurta - 250 qr un - 1 çay qaşığı qabartma tozu - 4 iri alma (şirin) - 1 xörək qaşığı şəkər pudrası Hazırlanışı : 1.Yumşaq kərə yağını azca çalıb,150 qr. şəkər tozunu əlavə edib mikserlə çalırıq.Yumurtaları bir-bir əlavə edirik.Sonra qabartma tozu əlavə olunmuş unu əlavə edirik (ələyərək).Sobanı 180 dərəcədə isidirik. 2.Almaların qabığını təmizləyib yarıya bölürük və bıçaqla almanın üzərində sonacan kəsməmək şərilə kəsiklər qoyuruq.Diametri 26 sm olan tavanı yağlayırıq (marqarin olar),unlayırıq,xəmiri tavaya töküb,hamarlayırıq.Almaları üzərinə düzürük (gül formasında).Və qalan şəkər tozunu üzərinə səpirik45 dəq. bişiririk.Süfrəyə verməzdən öncə üzərinə şəkər pudrası səpirik.
Nuş olsun! Resept "Liza" jurnalından götürülüb.Bişirilməsi isə BACIMa Məxsudur.Əla alınmışdı.Yoxlamağa dəyər ;)

Hiç yorum yok:

Yorum Gönder

RƏYLƏRİNİZ DİGƏR OXUYUCALARA DA KÖMƏK OLA BİLƏR! ODUR Kİ, RƏY YAZMAĞI UNUTMAYIN! :)