31 Ara 2010

2011 və Həmrəylik Günü!


Bu gün azərbaycanlılar Yeni ili qarşılamaqla bərabər,həmçinin,Dünya Azərbaycanlılarının Həmrəyliyi Günün də qeyd edirlər.Mən bütün AZƏRBAYCANLILARI İlk öncə həmrəylik günü münasibətilə təbrik edirəm!Qoy nəinki bu gündə,bütün günlərdə həmrəy olaq!

Hər kəsi Yeni İl münasibətilə də təbrik edirəm..!Hər kəsin öz arzusu var.Xəyallar gerçəkləşsin ;)

May dreams come true :)!

30 Ara 2010

Yeni İl-2011 !!!!!




Xüsusi olaraq gözlədiyim,ümidlər bəslədiyim,arzularımı reallaşdıracağım olaraq xəyal etdiyim və əmin olduğum 1 il-2011 qarşıdan gəlir..Nə qaldı ki?! 1 gün.... Tez gəlsin tezzzz! Sevinək! Xoşbəxtlik gətirsin,ruzi-brkət,qar kimi təzə və ağ vərəqlərə xoş günlər yazılsın!Sülh ,dinclik,rahatlıq olsun bu ildə!Acı,göz yaşı,ağrı,dərd biz tərəf döndərməsin üzünü..Xoşbəxt olaq! Xoş sürprizlər gözləyirəm bu ildən..Təhsildə yüksəliş özəlliklə.Bu il imtahanaların hamısını əla qiymətlə verib,bitirib,magistr adını almaq istəyirəm...Hətta,ali məktəbi bitirməmiş magistr olmaq istəyirəm..Hədəf Türkiyə ;) İNŞALLAH...

Çox arzum var,çooox...Yazsam,yazsam blogda yer qalmaz kiiiii....Ən xoş arzularla 2011 səni gözləyirəm...! Ümidlərimi doğrult! Xəyalar və arzular reallığa çevriləcək səndə İNŞALLAH!
Sizin arzular?! Varmı paylaşa biləcək arzularınız?! ;)

Yeni iliniz Mübarək olsun!

15 Ara 2010

Father and Son


Atalar və Övladları...Özəlliklə oğulları..

Bu gün :

Ataların Analardan fərqli övladına tamam başqa gözlə,sanki,öz övladını tamam ayrı bir sevgiylə sevdiyini gördüm..

Ataların övladlarının o bitib-tükənməz suallarına necə cavab verdiklərini gördüm...

Oğlan uşaqlarının maşınlara olan o tükənməz maraqlarının hər zaman dəyişməz olan maraqlarının gördüm...

Yeni ili necə sevdiklərini gördüm..

Şaxta babanın var olduğunu və onun Yeni İl gecəsi evlərinə gələcəyinə inandığını gördüm..

Küknar ağacını görüb "Yeni İl gəlir" mahnılarının oxuduqlarını gördüm...

Ataların isə hər zaman səbrli və sakit cavabları...


Boyzone-Father and son (mp3-yükləyin,dinləməyə dəyər bir musiqi)

29 Kas 2010

Eat ,Pray, Love.


Film haqqında izləməmişdən öncə çox blogda oxumuşdum.Maraqlı gəlmişdi.İzləmək istəmişdim.Bu gün bir az öncə bundan qabaq izləyib bitirdim.Gözəl film idi.Özəlliklə də,hadisələrin cərəyan etdiyi andan başlayaraq.İtaliyaya bir daha aşiq oldum :) Səyahət etmək istədiyim ölkələr siyahısındadır.Yemək səhnələri ayrıca gözəl idi :)-aclıqla baş edə bilməyib,filmdə virtual olaraq Liz-lə birgə mən də İtaliya mətbəxindən daddım =)) Filmdən sonra da yüngülvari bir az atışdırdım :)))

Julia Robertsin aktrisalığını çox bəyənirəm.Oynadığı bütün filmləri izləməişəm.Fanatı deyiləm,qarşıma çıxdıqcaizləmişəm.Çox bəyənmişəm,çox sadə,içdən oynayır rollarını.Ən çox da ,"Notting Hill" və "Eat Pray Love"-dakı ifasını ayrıca bəyənirəm.

Filmi izlərkən mən də meditasiya etdim :) Filmdən çox danışmıram.İzləməyinizi məsləhət görürəm.Çünki,insanı müəyyən zaman ərzində gərginlikdən ayırıb,xoşbəxt edir.2saat 13 dəqiqə ayırıb izləməyə dəyər :)

Filmdə Liz Gilbert nə istədiyini anlamaq və özünü tapmaq üçün səyahətə çıxır.Daha sonrakı hadisələr İtaliya,Hindistan və İndoneziyada davam edir.İzləyib filmin dərinliklərinə siz də enin.

Mən də yedim və dua etdim :)

28 Kas 2010

Həftəsonu-Yekun.


20 noyabr mənim üçün çox fərqli bir gün oldu.Ümumiyyətlə illər sonra belə xatırlayacağım bir gün..Həmin gün həyəcan məni çox boğdu..Həmin gün sevincimdən əsdim :)

20.11.10-Guiness kitabına düşən yazıçımız Çingiz Abdullayevlə gözəl bir qısa da olsa gün keçirdib imza aldım..Suallarıma cavab tapdım.Yaxından ilk dəfə idi ki,görürdüm.Çox sadə,səmimi bir insan idi.Bəyəndim.Samballılılığı da öz yerində :).

Kiçicik bir imza məni necə də həyəcanlandırmışdı :)-imza mənim üçün önəmli idi..Geriyə bir də onunla çəkdirdiyim 2 şəkil qaldı..Hər dəfə o şəklə və kitabı açıb yenidən sevdiyim hissələri oxuyanda həyəcan məni bürüyür..Hər halda bunu açıqlamağa bir ehtiyac yoxdur :)

Daha neçə belə görüşlərədək,Çingiz müəllim :)-Qələminiz iti olsun ;) Axı biz oxuyucular sizin yeni romanlarınızı gözləyirik ;)








Sizlərə də keçirdə biləcəyiniz gözəl bir həftəsonu diləyirəm.Xoş günləər :)!

19 Kas 2010

Qaqaşım-15 yaş -18.11.10


Həəə,bizdə Noyabr ayı ad günləri ayıdır :). O qədər doğulan var ki bu ayda..

Demək belə.Mələyimin ad günündən sonra,növbəti gün qardaşımın ad günü idi ...O da yubiley yaşına qədəm qoydu ..15.. Bu yeni yaşında ona bolluca uğur arzu edirəm..Çünki,ali məktəbi hədəfləyib ;) Uğur ,Qaqaşım !!!!



Sağlıqlı illər keçirtsin İNŞALLAH bizlərlə !
Ad günün mübarək ;)

Balacamın 5 yaşı :)-17.11.10


Mənim bir balaca "qızım" var.O qədər onu çox istəyirəm ki...Dayımın qızı :) Şirinim mənim..Ayın 17si bu balca mələyim 5 yaşına qədəm qoydu ..Neçə belə illərə Gözəlim!Neçə belə yaşları AİLƏNlə,yaxınlarınla,əzizlərinlə keçirdəsən..

Onu körpəlikdən mən böyütmüşəm :) Ona görə,bütün uşaqlardan çox onu istəyirəm.Bu arada o da mənə bənzəyir yavaş-yavaş :)
Şokolad :)) Almazmıydınız? :)

Bu da mənim hədiyyəm;) Məndə olan ən gözəl fotolarından bir albom düzəldib ona hədiyyə etdim...Çox bəyəndi,gün boyu əlindən yerə qoymadı...


17-si mənim üçün bəlkə də bir başqa cür gün idi ..Ad günü olan həm dayım qızı,həm də mənim balacam ..Xoşbəxt ol,Əzizim :)!

16 Kas 2010

Müqəddəs Qurban Bayramımız!


İslamın ən müqəddəs bayramlarından biri! Qurban Bayramı!

Mən adi bayramlardan çox İslam dinin bizə tövsiyə etdiyi bayramları daha çox sevirəm.Ramazan,Qurban.

Bu gün artıq bayramdır! Hər kəsin kəsdiyi qurbanı ALLAH (c.c.) TƏALA İNŞALLAH dərgahında qəbul etsin!AMİN!

Süfrələriniz daim bol-ruzili,bərəkətli,dualarınız və kəsilən qurbanlarınız ALLAH (c.c.) qəbul etsin!AMİN!

Fərq etməz əslində,ancaq,yenə də, Türk bacı-qardaşlarımızı təbrik edirəm :) bir də Türkcə olsun ;)

15 Kas 2010

Yeni :)


Nəhayət :) Uzun zamandır pomada almaq həsrətilə yaşayırdım :( Ancaq nə rəng?! Bilmirdim.Düşündüm-düşündüm.Nəhayət,bunu aldım :) "Pastel"-orada bəyəndim,ancaq evə gələndə bəyənmədim :( Bir pomada rəngim var idi,qırmızı,ona çox bənzəyir :( Ancaq şəkildə filan baxdım,qırmızı deyil :) Lap girinc oldum :) Bəlkə Siz deyəsiniz?! :) Yaxşıdır ya yox?!

“İnternational Star”-Azercell


Press-Reliz: “Azercell Telekom” MMC şirkəti biznez aləmində çox nüfuzlu və tanınmış “İnternational Star” mükafatına layiq görülüb. Keyfiyyət üçün “International Star” mükafatı B.İ.D. (Business Initiative Directions) təşkilatı tərəfindən təsis edilib.

B.I.D. dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlərin idarəetmədə əldə etdiyi uğurlara görə “İnternational Star” mükafatını təqdim edir. Qurum həmçinin, yeni texnologiyaların inkişafı, avadanlığın təkmilləşdirilməsi və işçi heyətin təlimləndirilməsi istiqamətinə də önəm verir. Mükafatın təqdimatı şirkət və təşkilatların nüfuzunun artmasına, onların bütün dünyaya tanıdılmasına xidmət göstərir.

“İnternational Star” mükafatı 1996-cı ildən etibarən təqdim edilir. İndiyə kimi bu mükafat dünyanın 178 ölkəsindən olan şirkətlərə təltif olunub. Bu dəfə Keyfiyyətə görə mükafat 54 ölkəni təmsil edən şirkətlərə təqdim olunub. Azərbaycanı təmsil edən “Azercell Telekom” MMC adından mükafatı şirkət prezidentinin baş müşaviri, Hüquq və İdarə İşləri şöbəsinin rəhbəri Vahid Mürsəliyev qəbul edib. Öz çıxışında cənab Mürsəliyev təşkilatçılara minnətdarlığını bildirərək, qeyd etmişdir: “Azercell Telekom 4 milyondan artıq abunəçisi və təqribən 60%-ə yaxın bazar payı olmaqla Azərbaycanda mobil rabitə xidməti göstərən ən böyük mobil rabitə operatorudur.

Şirkətimiz ölkə əhalisinin 99,8%-ni əhatə edərək, onları yüksək keyfiyyətli mobil rabitə ilə təmin edir. Eyni zamanda, şirkətimiz ölkəyə ən son telekom texnologiyalarının gətirilməsində və tətbiqində də aparıcı rol oynayır. Azərbaycan şirkətinin bu ada layiq görülməsi bizim üçün qürur mənbəyidir və inanırıq ki, şirkətimizin fəaliyyətinə verilən yüksək qiymətdir.”

Mükafatın sahibləri gizli səsvermə yolu ilə müəyyənləşdirilir. B.İ.D-in fəaliyyəti yalnız mükafat təqdimatı ilə məhdudlaşmır. Biznes kommunikasiya aləmində güclü qurumlardan biri sayılan B.İ.D. hər il toplantılar keçirir, qəzet və jurnallar buraxır.


Mən də öz növbəmdə onları təbrik edirəm,layiqdirlər.Və böyük qürur və sevinclə deyirəm ki,fəxr edirəm ki,o 4 mln abunəçidən biri də mənəm! AZERCELL,daha irəli!

Sevimli yeməklərimdən biri.

Dietadayam,yeyə bilmirəm,şəkillərinə baxıram ancaq :(( Şəkillər necə hazırlandığını Sizə izah edəcək ;)





Nuş olsun ;)

14 Kas 2010

Kitabxana...Sonra da Gəzmək :)


Dərslər :@ Kurs işləri.Yarımçıq qoymuşdum hanısını.Nəhayət ki,dünən Axundov adına kitabxanaya gedib,kurs işimə lazım olan materialları güclə tapdım.Qaldı onları düzəldib birləşdirib yazmaq.Hələ bir kurs işi daha var önümdə.Onun materiallarını heç tapmamışam,onsuz təzə verilib :( Gec verilib və tez də istəyəcəklər :@
Oradan rəfiqəm M ilə getdik gəzməyə.Bu quş yuvasını çox sevdimşAncaq quşlar hanı?! :S



Sonra da istədiyimiz şirniyyatları alıb,getdik çay içməyə :) Çay gəlincə də boş dayanmadıq :))) Şəkil çəkdirdik ;)

Bu restoranı çox sevirəm.Çox rahat...Dincəlirəm burda.Restoran "Firuzə" .

Tablolar filan,hamısı da elə gözəl ki..

Tez-tez ziyarət etdiyim yerlərdən..











Yemək yemək ayrı,ancaq çay içmək ayrı 1 zövq ...














Sonra Mc Donalds..Dondurma keyfi və evə :))))

12 Kas 2010

Dieta :( və ya Birher Benner pəhrizi ;)


Qadınların ən yaralı yeri :) Çox gözəl bədən quruluşu,əyninizə oturan paltarlar,tam forma-qadınların kabusudur :)

Kompleksli deyiləm.50 kiloyam,ancaq bu dəfə deyəsən dieta saxlamağa məcbur oldum :@!
Ən son dietanı 3-4 il bundan qabaq saxlamışdım.İndi isə yeni saxlamalıyam.Sağlıqlı bir pəhrizdir.Və mən bunu sırf arıqlayım deyə deyil,bədənin təmizlənməsi üçün saxlayıram.Yəni,arıqlamağa da həddindən artıq böyük təsir göstərir.Bu gün 15 günlük dieta (ki,bu mənə artıq 10-cu günümdə nəticəni almağa kömək edir) 2-ci günündəyəm və artıq arıqlamağa başlamışam :) bunu hiss edirəm ;)

Pəhriz Birher Benner pəhrizidir.


İlk 4 gün,şirniyyat,qəhvə,qara çay ,yağlı və un məmulatlarından imtina edəcəksiniz.Yalnız quru meyvələr,bal,yaşıl çay və meyvə,tərəvəz salatları ilə 4 günü keçitməlisiniz.


5-ci gündə artıq 3 qaynadılmış kartof yeyə bilərsiniz (yağsız)


Sonrakı günlərdə qatıq və yasız kəsmiksiz yeməlisiniz.Çox azca kərə yağı qatmaqla.Daha sonrakı bütün günlər bu sonuncu gündəki kimi keçəcək.


15-ci gün 150 qr qaynadılmış yağsız mal əti yeyə bilərsiniz.


P.S.
Bacardığınız qədər də idman edin.


Nəticəni özünüz görəcəksiniz!Mən 10 günə arıqlayıram.Sağlam pəhriz ;)

Məqsədiniz (Hədəfiniz) Var?!



Bir şeyi etmək üçün ilk əvvəl qarşına məqsəd qoymalısan! Mənim də məqsədlərim var! Bəs sənin?!

11 Kas 2010

Daha çox dəstək!


Böyük bir dəstəyə,ruhlandırmaya,motivasiyaya ehtiyacım var! Hər şeyi istədiyim kimi edəcəyəmmi?! Buna bütün varlıq və gücümlə inanmaq istəyirəm!

Focusing on the things that make us happy diverts our focus in life from what we do not have to what we have, from complaining to appreciation, from negative to positive, from sadness to happiness
- Ronit Baras

10 Kas 2010

The Secret ....


Kitabını çox çətinliklə yükləmişdim.Linklər hər dəfə qırırq çıxırdı.Nə isə çox çətinliklə bu kitabı yüklədim.Müəllif :Rhonda Byrne

Bu kitabı zaman məhdudiyyətindən çox az bir qismini oxuya bildim.4-5 gün bundan öncə qrup yoldaşım və sevimli rəfiqəmdən biri N. mənə bir video göndərdi."Adı nədir" deyə soruşdum,"Sirr" dedi.Video gəldi,sadəcə bu yalnız görüntüdən ibarət olan bir video deyildi.Bu dinlənilməsi lazım olan bir videodur.Evə gəldim,yatanda qulaqlıqları taxdım qulağıma videonu izləməyə başladım...1.25 dəqiqə olan bu video insanın həyatını dəyişdirməyə qadir olan bir video.Videonu izlədikcə cümlələr mənə çox tanış gəlirdi.Birdən xatırladım."Bu sirr o sirr deyilmi?" deyə.Yerimdən qalxıb,kitablarım olan qovluğu açıb,"Sirr"i tapdım.Bəli,bu o kitab idi!

Növbəti gün videonu bütünlüklə izlədim.İnsanı heyrətə salacaq bir video idi.Video türkcə dublyajdır.Kitab da elə türkcədir."Sır",ya da "The Secret" deyə Google'da axtarış etsəniz,tapıb yükləyə bilərsiniz.Videonu net-də yoxlamadım,bəlkə də var.Sadəcə qulaq asraq etmək daha təsirlidir.Bəlkə kitaba vaxt yoxdur,ancaq yolda belə gedərkən,videonu izləməsəniz də olar,çox rahatlıqla dinləyə bilərsiniz.Mən hər gün dərs edərkən,videonu izləmədən qulaq asıram.Stilmul verir ;)

Kitabda dünyanın sirrindən bəhs edilir.Ən böyük sirr "Cazibə Qüvvəsidir".Və siz əgər sirri düzgün idarə etsəniz,hər şeyə nail ola bilirsiniz!Ən böyük etməli olduğunuz iş ! Nə istəyirisnizsə ona köklənin,mütləq olacaq!

İndi o videodan çox sevdiyim,hətta,belə deyim,altını xətlədiyim,həyatınızı dəyiişdirməyə,özünüzə inanmağa aid ən gözəl sözlər :
* Kainat sürəti sevir! Gecikdirməyin!( nə istədiyinizi)

* Bir şeyi istəyirsənsə,Varlığınla,qüvvətlə istə!

* Təsəvvür hər şeydir! Həyatın gələcək təsirlərinin ön izləməsidir!


*Təsəvvür etmək! Təsəvvür etdikdə,gerçəkləşdirərsən!


* Görməsək də yolun davam edəcəyinə inansaq,o yol bizi istədiyimiz yerə aparar....


Hələlik bu qədər..Siz də sirri öyrənmək istəyirsinizmi?!

Raffaello ;)


Həyatda kiçik xoşbəxtliklər bəxş etmək üçün kiçik bir gülümsəmə,bəzən kiçik bir şokolad,kiçik bir şirni də bəs edər..

Raffaello-kiçik xoşbəxtliklər bəzən 1 Raffaellodan başlar :)

8 Kas 2010

Qürurlu və Acı 1 Gün ....


Onlar Vətən uğrunda şəhid oldular ...Onlar canlarını heçə sayaraq düşşmən ermənilərin üzərinə hücuma keçərək çox sayda ermənini məhv edib,Vətən uğrunda həlak oldular..6 aya yaxın idi ki,şəhidimiz Mübariz İbrahimovun meyidi erməni əsirliyində idi.Azərbaycan-Rusiya və ermənistan arasında bağlanmış müqavilədə əsir düşmüş hərbçilərin qaytarılması tez bir zamanda qaytarılması haqda müqavilə imzalandı.Və çox keçmədən onun icrasına başlanıldı.Mübarizin cəsarətini görən digər həbçimiz Fərid Əhmədov da ermənilərin üzərinə hücuma keçdi və o da şəhid oldu.Dünən onların meyidlərinin qaytarılması Ağdan istiqamətində baş tutdu.bir erməninin meyidi ilə bizim 2 hərbçimizin meyidi dəyişdirildi.İzdiham içərisində Mübariz İbrahimov və Fərid Əhmdov bu gün torpağa tapşırıldı...



Ölümündən sonra Mübariz İbrahimova Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verildi və Milli Qəhrəman ordeni onun atasına təqdim olundu.

Şəhidlik müqəddəs zirvədir və onlar bu zirvəyə yüksəldilər.Adlarını qanları ilə yazdılar!

ALLAH ONLARA QƏNİ-QƏNİ RƏHMƏT ELƏSİN! QƏBRLƏRİ NURLA DOLSUN! AMİN!

Mən də bir azərbaycanlı övladı olaraq hər iki ŞƏHİDimizin Ailəsinə dərin hüznlə başsağlığı verirəm..ALLAH RƏHMƏT ELƏSİN!

7 Kas 2010

Qız-Qıza keçirilən super 1 Gün ...

Qızlarla olan partyləri,gəzməkləri həmişə sevirəm.Hər şeydən danışmaq,bəlkə,"qeybət" olsa da qeybət qırmaq :),gəzmək,əylənmək çox sevdiyim şeylərdəndir..Bununla bütün yorğunluğum çıxır..İStərdim hər gün belə gözəl keçsin,hətta,ən pis günümüz belə gözəl olsun!AMİN,İNŞALLAH!

Hmm,keçən postda bəhs etdiyim kimi,şəkilləri paylaşım ;)

Nərimanov Parkı

Dayanılmaz Ləzzət-Lahmacun (: Neftçilər-Kardeşler Lahmacun.


Hər dəfə bunu görəndə çaşıram,həqiqiyə oxşayır :) Kardeşlerin Brendi :D


"Afina +"-çoox gözəl istirahət yeri idi,narıncı aura vardı işəridə,ilk dəfə getdim və çox bəyəndim,qrup yoldaşım N'nin sayəsində,təşəkkür :)!


Gözəl bir çay keyfi...Gəzinti bununla da yekunlaşdı ;)