BacışkooooM etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
BacışkooooM etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

3 Oca 2011

My New Year Gifts ;)

Yeni İli hədiyyələrsiz təsəvvür etmək qeyri-mümkündür.Ailə fərdlərinin bir-birləinə özənlə və xüsusi diqqətlə seçdikləri bu hədiyyələr necə gözəl sevinc,həyəcan əks etdirir üzlərdə..Mənə də hədiyyələr verildi..Aİləm..Mənə çoox sevdiyim 2 şəxs tərəfindən verilmiş bu sevimli hədiyyələrimi Sizlərlə böllüşmək istədim..

Bacımın mənə aldığı ingilis bayrağı işləməsi olan koşelyok :) və güzgü ;) Bu hədiyyələrimi hər gün açıb baxıram :)-Çooox sevirəm ;) Brand : Accessorize.

Bu güzgüm..


Bu isə ən yaxın Dostumun mənə verdiyi ən gözəl hədiyyələrdən biri.Yox qəşəng hədiyyə :)-Kopya mən =)

23 Eyl 2010

Meksikasayağı qəlyənaltı ;)




Dəyişik dadları yoxlamağı xoşlayıram.Amma,yeyə biləcəyim ərzaqlar varsa tərkibində.Bu qəlyənaltını da çox sevdim.Çoox dadlı idi.Tərifini sizə də verirəm.Yoxlamaq lazımdır.Çox dadlı alınır.Beləliklə qarşınızda meksikasayağı qəlyənaltı ;)

Xəmiri üçün :

4 paylıq :

- 160 qr un
- 2 çay qaşığı qabartma tozu
- 3 yumurta
- 6 xörək qaşığı (x.q.) süd
- 50 ml ərinmiş yağ
- 1 çimdik duz

İçlik :

- 1 ədəd pomidor
- 1 ədəd bibər
- 150 qr feta pendiri
- 50 qr sürtkəcdən keçirilmiş pendir
- 100 qr. qarğıdalı konservi
- 1/2 dəstə cəfəri
Hazırlanışı : Pomidor,bibər yarıya bölünür.Bibərin tumları təmizlənir.Kub formasında doğranılır.Feta pendirini də kub formasında doğrayırıq.Cəfərini də xırda-xırda doğrayıb qaba əlavə edirik.Sürtkəcdən kçeirilmiş pendir və qarğıdalı da digər tərəvəzlərin üzərinə əlavə olunur və qarışdırılır.İçlik hazırdır. Xəmir : Yumurta + duz + süd birlikdə çalınır.Yağ + un ələkdən ələnərək əlavə olunub qarışdırılır.Xəmir hazır olduqdan sonra iç əlavə olunur xəmirin üzərinə.Yaxşıca qarışdırılır. Soba 200 dərəcədə isidilir.List yağlanır və unlanır.Hazırladığımız kütləni listə əlavə edirik,hamarlayırıq.30 dəq-yə bişir.15 dəq. soyutduqdan sonra doğranır və süfrəyə cəfəri,limon və pomidorla bəzədilib verilə bilər.Meksikansayağı qəlyənaltınız hazırdır ;) Menu-ma bu yemək də əlavə olundu,çox sevdim :) Tərif "liza" jurnalınma aiddir.Hazırlanışı BACIMa məxsudur,fotolar isə mənə :).

22 Eyl 2010

20 sentyabr-Neftçilər Günü .






Gözəl bir süfrə hazırlamışdıq.Azərbaycan plovu,cücə ləvəngi ilə.Sadəcə acmışdıq :),çəkməyə həvəs olmadı şəkillərini :)
Şəkil www.azcookbook.com saytından götürülb ;)
Sadə Azərbaycan plovu :

5stəkan düyü (1kq) duzlu ilıq suda isladılır.O islanarkən kənarda 1 qazan su (düyüyə görə) qaynadılır.Su qaynayan zaman düyünü qaynar suya əlavə edirik.10 dəq-dən sonra artıq düyünü süzürük.Süzdükdən sonra düyünü dəmə qoyuruq.Aralarına sarıkök da əlavə edirik.Süfrəyə verəndə isə yağlayırıq ;) Qazmağını isə gələn dəfə yazaram ;)

Almalı piroq və ya Şarlotka "Qızılgül" 12 paylıq : - 150 qr yumşaq kərə yağı - 1 çimdik duz - 190 qr şəkər tozu - 3 yumurta - 250 qr un - 1 çay qaşığı qabartma tozu - 4 iri alma (şirin) - 1 xörək qaşığı şəkər pudrası Hazırlanışı : 1.Yumşaq kərə yağını azca çalıb,150 qr. şəkər tozunu əlavə edib mikserlə çalırıq.Yumurtaları bir-bir əlavə edirik.Sonra qabartma tozu əlavə olunmuş unu əlavə edirik (ələyərək).Sobanı 180 dərəcədə isidirik. 2.Almaların qabığını təmizləyib yarıya bölürük və bıçaqla almanın üzərində sonacan kəsməmək şərilə kəsiklər qoyuruq.Diametri 26 sm olan tavanı yağlayırıq (marqarin olar),unlayırıq,xəmiri tavaya töküb,hamarlayırıq.Almaları üzərinə düzürük (gül formasında).Və qalan şəkər tozunu üzərinə səpirik45 dəq. bişiririk.Süfrəyə verməzdən öncə üzərinə şəkər pudrası səpirik.
Nuş olsun! Resept "Liza" jurnalından götürülüb.Bişirilməsi isə BACIMa Məxsudur.Əla alınmışdı.Yoxlamağa dəyər ;)

20 Eyl 2010

Payız Güllərimiz :)


Flora və fauna mənə görə deyil.Hələ evdə gül və heyvan saxlamaq heç mənə görə deyil.Mən yalnız onları öz yerlərində-təbiətdə sevirəm.Lakin evimizdə nənəm,baxcım bu güllərə bxamağı və onu böyütməyi çox sevirlər.heç marağım olmasa da ,bu gülləri mən də çox sevdim :).Tam adını bilməsəm də,deyəsən,"pərpətöyün gülü" deyirlər.Olsun,adını tam bilməsəm də,özləri çox qəşəngdir :). Bu dəfə mən foto çəkmədim,bu işi bacım həll etdi :)

Bi fotonu mən çox sevdim . . . .
Hə,bir də bunu çox sevdim ;) Bu 3 şəkil mənim favoritim ;)

7 Haz 2010

Happy Birthday,Dear Sister!


Bu gün Canım Bacımın Ad günü..!Çooox sevinirəm.Çox gözləyirdim bu ad gününü.21 yaşına qədəm qoydu,sevgili bacım!

Ona arzularım sonsuz!Saysam yer qalmaz :).

Əziz Bacım!Səni bu gözəl,xoş günün münasibətilə ürəkdən,ta ürəyimin dərinliklərindən təbrik edirəm!Sənə dünyanın ən xoş anlarını yaşamağı arzu edirəm..O gözəl gözlərin heç zaman kədərlənməsin!Daim gülsün,gülsün,gülsün!AMİN!Sənə qadın səadəti,xoşbəxtlik,can sağlığı,sevinc,doya-doya yaşaya biləcəyin uzunömürlü sevgi,xoşbəxtlik dənizində üzməyi və hətta orda boğulmağı ;),ATA və ANAnın hər zaman fəxri olmağı,magistr adını almağını,sevdiklərinlə,AİLƏnlə gözəl 1 ömür keçirtməyi arzu edirəm...!AMİN,İNŞALLAH!

Bu arzularımın milyonda biri,bilirsən..!Okeanda 1 damla yəni...!

P.S.Bu balaca şirin pişik isə,mənim hədiyyəm :).Canlısını hədiyyə edə bilmirəm,çünki,özüm onunla birlikdə yaşaya bilmərəm ;).Amma,bu canlıdan daha gözəl ;) və ona daha yaxın..elə yumşaqdır ki,bir görsəniz...Amma qucağındakı namənin içindəkini deyə bilmərəm ;)!O da sirr qalsın :).

.
Səni Çoooooooo..........x İstəyirəəəə.........m,BACIŞKOOOOO....M!


Ad Günün Mübarək...!Neçə belə Xoşbəxt,Gözəl Ad Günlərinə!

Sevgilərlə...: Səni sonsuzluq qədər sevən Mimin :)

o7.o6.2010