Səhər süfrələri üçün çox qısa zamanda hazırlanan pancake'in hazırlanma qaydasını yazmaq istəyirəm. Yazacağım resept yarım ölçüyə görədir. Orta boyda hazırlayacaqsınızsa o zaman təxminən 10 ədəd alınır. Əgər daha çox istəyirsinizsə tərkibindəkiləri iki dəfə artıra bilərsiniz :) Keçək içindəkilərə:
İçindəkilər:
1 yumurta
1 yemək qaşığı şəkər tozu
1 çimdik duz
1 stəkan süd
1 yemək qaşığı duru yağ
1 paket qabartma tozu
1 paket vanil
1,5 stəkan un
Hazırlanışı
Əvvəlcə 1 yumurta ilə 1 yemək qaşığı şəkər tozunu tel fırça ilə yumurta köpüklənənə kimi çalırıq.
Daha sonra 1 çimdik duz, 1 stəkan süd və 1 yemək qaşığı duru yağ (mən günəbaxan yağını üstün tuturam) əlavə edib, təkrar fırça ilə çalmağa davam edirik.
Daha sonra 1 paket vanili kütlənin içinə əlavə edirik. Qabartma tozunu 1 stəkan unun içinə qarışdırıb, yavaş-yavaş qarışımın içinə əlavə edib, qarışdırırıq. Beləliklə, yavaş-yavaş 1,5 stəkan unu tamamilə əlavə edir və qarışdırırıq.
Ən son alınan kütlə bu halda olmalıdır. Nə çox qatı, nə də çox duru.
Pancake hazırlanışında ən önəmli nöqtə tavadır. Tavanız tefal tava olmalıdır. Tavaya qətiyyən yağ əlavə etmirik. Xəmiri tavaya əlavə etdikdə, bir az yayılacağı üçün həcmini özünüz müəyyən etməli olacaqsınız. Bir-iki cəhddən sonra əliniz alışacaq :)
Tavanızı yüksək dərəcədə qızdırırsınız. 1 çömçəyə dolu olmamaq şərtilə, tavanızın və istədiyiniz ölçüyə görə xəmiri tavaya yaymadan, tərpətmədən tökürsünüz. 1 dəq gözləyirsiniz. Bu zaman ərzində çevirib,altını tərpədib baxmaq olmaz. Yoxsa istədiyiniz nəticəni ala bilməyəcəksiniz. Daha sonra 1 dəqiqə keçdikdən sonra, tefal uclu çevirənlə bir dəfəyə o biri üzünə çeviririk. Beləcə ikinci tərəfi də bişmiş olur :) Eyni ölçüdə alınmağını istəyirsinizsə, əliniz alışdıqdan sonra rahatlıqla edəcəksiniz. Və ya mağazalarda dairə halında pancake bişirmək üçün halqalar satılır. Onu da istifadə edə bilərsiniz.
Ən sonda hazırladığınız pancakeləri nutella, meyvələr və ya mürəbbə ilə bəzəyib süfrəyə verə bilərsiniz. Nuş olsun :)
Hiç yorum yok:
Yorum Gönder
RƏYLƏRİNİZ DİGƏR OXUYUCALARA DA KÖMƏK OLA BİLƏR! ODUR Kİ, RƏY YAZMAĞI UNUTMAYIN! :)