13 Ağu 2010

CANIM ANAM!


AİLƏmdən bir nəfərin əməliyyat olacağını heç düşünməzdim.Yüngül xəstəliklər hər kəsdə olur,amma,əməliyyat olunmağı hesaba qatmamışdım.Amma,həyat hər zaman gözəl hədiyyələr vermir sənə..Hədiyyənin pisi yaxşısı olmur keçmir burda..Gözəl bağlamalar gərək səni aldatmasın..Və bir gün baxdıq ki,həyat qapımıza 1 hədiyyə qoyub..Sevincək açdıq..Amma,sən demə əməliyyat xəbəri imiş qapımıza buraxdığı hədiyyə..
ANAM!Həyatımda çox sevdiyim 2 şəxsdən biri!ATAM və ANAM!İndi ANAM əməliyyat otağında əməliyyat masasında uzanıb..Onu narahat edən xəstəlikdən canını qurtarır.Mən gedə bilmədim xəstəxanaya,ANAMı elə görmək istəmirəm.Mən ANAmı bildiyim kimi hər gün gördüyüm kimi görmək istəyirəm..Əslində elə bir ağır əməliyyat deyil..Amma,ANAmdır orda o otaqda məliyyat olunan.Mənim canımdır..Qıymaram ona..O,Mənim Ən Qiymətlimdir!Həyatda yaşama səbəbim,yaşama sevincimdir.Xoşbəxtliyimdir,bəzən narahatlığımdır,bəzən kədədrim,bəzən sevincimdir,lakin o,sevməklə bitməyənimdir!
ANACAN,SƏNİ ÇOX SEVİRƏM!
Çox Tezliklə Sağalacaqsan,DUALARIM SƏNİNLƏDİR,RAHAT OL!Bir də baxacaqsan ki,əməliyyatın artıq bitib,səhəri günü də evdəsən,İNŞALLAH!Gözləyirəm Səni!ANA,ANA,yenə də ANAM!Canım Mənim! Səni çox sevirəm,öpürəm!

10 Ağu 2010

RAMAZAN,qədəmlərin mübarək!


Evlərimizə RAMAZAN artıq qədəmlərini qoyur!Qədəmləri xoş olsun!Bu ayda bütn müsəlmanlar dininə ən düzgün qaydada əməl etməli,pis əməllərdən çəkinməli,öz nəfslərini qorumağı bacarmalıdırlar.Bu ay çox müqəddəsdir.ALLAHın (C.C.) ən gözl və ən ağır sınağıdır.Çalışaq onun bu sınağından üzümüz ağ,alnımız açıq çıxaq!ALLAH KÖMƏYİMİZ OLSUN!AMİN!

Tutacağınız bütün ORUClar,qılacağınız bütün NAMAZlar,edəcəyiniz bütün DUAlar ALLAHIN DƏRGAHında qəbul olunsun,İNŞALAH!AMİN!Xeyirli RAMAZANLAR!

8 Ağu 2010

Dəniz Mövsümünü Bağladım :(


Mübarək Ramazan Ayı gəlir..Artıq Orucluq başlayır,İNŞALLAH!Daha bunan sonra dənizə də getmək olmayacaq..Ona görə bu gün Buzovna dənizində son dəfə üzdüm.Dəniz Mövsümü də beləcə bağlandı.Əslində çox əla günlər keçirdim.Çoox sevinirəm ;)

4 Ağu 2010

20 YAŞIM....!


20 yaşım tamam oldu bu gün..Ayın 4ü...Yeni mərhələ,yeni yaşda :)) Artıq 2olərə addım qoyduq..Qrup uşaqları..Qohumlar..Gözəl bir ad günü keçirtdim sayələrində..Çoox sağ olsunlar hamısı...Bir daha buradan təşəkkürümü bildiriəm onlara!AİLƏMə-ad günümdə əməyi keçən hər kəsə..Çox sağ olun!Mənə belə gözəl və özəl gün yaşatdığınız üçün!