10 Kas 2010

The Secret ....


Kitabını çox çətinliklə yükləmişdim.Linklər hər dəfə qırırq çıxırdı.Nə isə çox çətinliklə bu kitabı yüklədim.Müəllif :Rhonda Byrne

Bu kitabı zaman məhdudiyyətindən çox az bir qismini oxuya bildim.4-5 gün bundan öncə qrup yoldaşım və sevimli rəfiqəmdən biri N. mənə bir video göndərdi."Adı nədir" deyə soruşdum,"Sirr" dedi.Video gəldi,sadəcə bu yalnız görüntüdən ibarət olan bir video deyildi.Bu dinlənilməsi lazım olan bir videodur.Evə gəldim,yatanda qulaqlıqları taxdım qulağıma videonu izləməyə başladım...1.25 dəqiqə olan bu video insanın həyatını dəyişdirməyə qadir olan bir video.Videonu izlədikcə cümlələr mənə çox tanış gəlirdi.Birdən xatırladım."Bu sirr o sirr deyilmi?" deyə.Yerimdən qalxıb,kitablarım olan qovluğu açıb,"Sirr"i tapdım.Bəli,bu o kitab idi!

Növbəti gün videonu bütünlüklə izlədim.İnsanı heyrətə salacaq bir video idi.Video türkcə dublyajdır.Kitab da elə türkcədir."Sır",ya da "The Secret" deyə Google'da axtarış etsəniz,tapıb yükləyə bilərsiniz.Videonu net-də yoxlamadım,bəlkə də var.Sadəcə qulaq asraq etmək daha təsirlidir.Bəlkə kitaba vaxt yoxdur,ancaq yolda belə gedərkən,videonu izləməsəniz də olar,çox rahatlıqla dinləyə bilərsiniz.Mən hər gün dərs edərkən,videonu izləmədən qulaq asıram.Stilmul verir ;)

Kitabda dünyanın sirrindən bəhs edilir.Ən böyük sirr "Cazibə Qüvvəsidir".Və siz əgər sirri düzgün idarə etsəniz,hər şeyə nail ola bilirsiniz!Ən böyük etməli olduğunuz iş ! Nə istəyirisnizsə ona köklənin,mütləq olacaq!

İndi o videodan çox sevdiyim,hətta,belə deyim,altını xətlədiyim,həyatınızı dəyiişdirməyə,özünüzə inanmağa aid ən gözəl sözlər :
* Kainat sürəti sevir! Gecikdirməyin!( nə istədiyinizi)

* Bir şeyi istəyirsənsə,Varlığınla,qüvvətlə istə!

* Təsəvvür hər şeydir! Həyatın gələcək təsirlərinin ön izləməsidir!


*Təsəvvür etmək! Təsəvvür etdikdə,gerçəkləşdirərsən!


* Görməsək də yolun davam edəcəyinə inansaq,o yol bizi istədiyimiz yerə aparar....


Hələlik bu qədər..Siz də sirri öyrənmək istəyirsinizmi?!

2 yorum:

  1. ben 1 sene önce okumuştum.güzel ilginç bi kitap adı gibi sır bi kitap:)tavsiye ederim.miniatureye sevgiler.

    YanıtlaSil
  2. MODA GEZEGENİ : Aha,mən hər gün dəfələrcə dinləyirəm.SAnii,hər dəfəsində yeni dinləyirmişəm kimi..Gücləndirir sanki məni..

    YanıtlaSil

RƏYLƏRİNİZ DİGƏR OXUYUCALARA DA KÖMƏK OLA BİLƏR! ODUR Kİ, RƏY YAZMAĞI UNUTMAYIN! :)