8 Kas 2010

Qürurlu və Acı 1 Gün ....


Onlar Vətən uğrunda şəhid oldular ...Onlar canlarını heçə sayaraq düşşmən ermənilərin üzərinə hücuma keçərək çox sayda ermənini məhv edib,Vətən uğrunda həlak oldular..6 aya yaxın idi ki,şəhidimiz Mübariz İbrahimovun meyidi erməni əsirliyində idi.Azərbaycan-Rusiya və ermənistan arasında bağlanmış müqavilədə əsir düşmüş hərbçilərin qaytarılması tez bir zamanda qaytarılması haqda müqavilə imzalandı.Və çox keçmədən onun icrasına başlanıldı.Mübarizin cəsarətini görən digər həbçimiz Fərid Əhmədov da ermənilərin üzərinə hücuma keçdi və o da şəhid oldu.Dünən onların meyidlərinin qaytarılması Ağdan istiqamətində baş tutdu.bir erməninin meyidi ilə bizim 2 hərbçimizin meyidi dəyişdirildi.İzdiham içərisində Mübariz İbrahimov və Fərid Əhmdov bu gün torpağa tapşırıldı...



Ölümündən sonra Mübariz İbrahimova Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verildi və Milli Qəhrəman ordeni onun atasına təqdim olundu.

Şəhidlik müqəddəs zirvədir və onlar bu zirvəyə yüksəldilər.Adlarını qanları ilə yazdılar!

ALLAH ONLARA QƏNİ-QƏNİ RƏHMƏT ELƏSİN! QƏBRLƏRİ NURLA DOLSUN! AMİN!

Mən də bir azərbaycanlı övladı olaraq hər iki ŞƏHİDimizin Ailəsinə dərin hüznlə başsağlığı verirəm..ALLAH RƏHMƏT ELƏSİN!

4 yorum:

  1. Allah rahmet eylesin. Şehitlik en yüksek mertebedir. Peygamber efendimize komşu olurlar. Hepimize şefaat ederler inşallah.

    YanıtlaSil
  2. Neslinnce : İNŞALLAH..Təşəkkür yorumun üçün ...

    YanıtlaSil

RƏYLƏRİNİZ DİGƏR OXUYUCALARA DA KÖMƏK OLA BİLƏR! ODUR Kİ, RƏY YAZMAĞI UNUTMAYIN! :)