23 Eyl 2010

Meksikasayağı qəlyənaltı ;)




Dəyişik dadları yoxlamağı xoşlayıram.Amma,yeyə biləcəyim ərzaqlar varsa tərkibində.Bu qəlyənaltını da çox sevdim.Çoox dadlı idi.Tərifini sizə də verirəm.Yoxlamaq lazımdır.Çox dadlı alınır.Beləliklə qarşınızda meksikasayağı qəlyənaltı ;)

Xəmiri üçün :

4 paylıq :

- 160 qr un
- 2 çay qaşığı qabartma tozu
- 3 yumurta
- 6 xörək qaşığı (x.q.) süd
- 50 ml ərinmiş yağ
- 1 çimdik duz

İçlik :

- 1 ədəd pomidor
- 1 ədəd bibər
- 150 qr feta pendiri
- 50 qr sürtkəcdən keçirilmiş pendir
- 100 qr. qarğıdalı konservi
- 1/2 dəstə cəfəri
Hazırlanışı : Pomidor,bibər yarıya bölünür.Bibərin tumları təmizlənir.Kub formasında doğranılır.Feta pendirini də kub formasında doğrayırıq.Cəfərini də xırda-xırda doğrayıb qaba əlavə edirik.Sürtkəcdən kçeirilmiş pendir və qarğıdalı da digər tərəvəzlərin üzərinə əlavə olunur və qarışdırılır.İçlik hazırdır. Xəmir : Yumurta + duz + süd birlikdə çalınır.Yağ + un ələkdən ələnərək əlavə olunub qarışdırılır.Xəmir hazır olduqdan sonra iç əlavə olunur xəmirin üzərinə.Yaxşıca qarışdırılır. Soba 200 dərəcədə isidilir.List yağlanır və unlanır.Hazırladığımız kütləni listə əlavə edirik,hamarlayırıq.30 dəq-yə bişir.15 dəq. soyutduqdan sonra doğranır və süfrəyə cəfəri,limon və pomidorla bəzədilib verilə bilər.Meksikansayağı qəlyənaltınız hazırdır ;) Menu-ma bu yemək də əlavə olundu,çox sevdim :) Tərif "liza" jurnalınma aiddir.Hazırlanışı BACIMa məxsudur,fotolar isə mənə :).

6 yorum:

  1. ellerine sağlık, tarif içinde çok teşekkürlerr ;)

    YanıtlaSil
  2. Cecilia,çox sağ ol ;) Nuş olsun .Yoxla,çox dadlıdır ;)

    YanıtlaSil
  3. Kardeşinin ellerine sağlık, .çok leziz duruyor. Uff canım çekti şimdi :)

    YanıtlaSil
  4. Təşəkkür.Təsadüfə bax,indi də onu hazırlayır :) Gəl Azərbaycana,qonağımız ol,sənə bol-bol bişirək.Nəinki bu yemək,Azərbaycan yeməkləri də,hm? ;)

    YanıtlaSil

RƏYLƏRİNİZ DİGƏR OXUYUCALARA DA KÖMƏK OLA BİLƏR! ODUR Kİ, RƏY YAZMAĞI UNUTMAYIN! :)