
Film haqqında izləməmişdən öncə çox blogda oxumuşdum.Maraqlı gəlmişdi.İzləmək istəmişdim.Bu gün bir az öncə bundan qabaq izləyib bitirdim.Gözəl film idi.Özəlliklə də,hadisələrin cərəyan etdiyi andan başlayaraq.İtaliyaya bir daha aşiq oldum :) Səyahət etmək istədiyim ölkələr siyahısındadır.Yemək səhnələri ayrıca gözəl idi :)-aclıqla baş edə bilməyib,filmdə virtual olaraq Liz-lə birgə mən də İtaliya mətbəxindən daddım =)) Filmdən sonra da yüngülvari bir az atışdırdım :)))
Julia Robertsin aktrisalığını çox bəyənirəm.Oynadığı bütün filmləri izləməişəm.Fanatı deyiləm,qarşıma çıxdıqcaizləmişəm.Çox bəyənmişəm,çox sadə,içdən oynayır rollarını.Ən çox da ,"Notting Hill" və "Eat Pray Love"-dakı ifasını ayrıca bəyənirəm.
Filmi izlərkən mən də meditasiya etdim :) Filmdən çox danışmıram.İzləməyinizi məsləhət görürəm.Çünki,insanı müəyyən zaman ərzində gərginlikdən ayırıb,xoşbəxt edir.2saat 13 dəqiqə ayırıb izləməyə dəyər :)
Filmdə Liz Gilbert nə istədiyini anlamaq və özünü tapmaq üçün səyahətə çıxır.Daha sonrakı hadisələr İtaliya,Hindistan və İndoneziyada davam edir.İzləyib filmin dərinliklərinə siz də enin.
Mən də yedim və dua etdim :)





