12 Haz 2010

Makaron Salatı


Dünən bloglara baxarkən 1 blog tapdım.Hansanın blogu..Oradan bu makaron salatını gördüm.Elə gözəl görünürdü ki...Mmm,ləziz.Adını çox eşitsəm də,üzünü çox görsəm də,bu makaron salatını heç dadmamışdım.Daha doğrusu makaronla necə olar?! deyə düşünüb etməmişdim...Amma,dünən artıq tərifini aldım vəəə günortaya hazırladım..Şəkil filan çəkmək ağlımdan keçsə də,o qədər dadlı görünürdü ki,yaddan çıxdı,daha doğrusu həvəs olmadı,mən də yedim :D

Tövsiyə edirəm..

Tərif:

-1 paket incə makaron
-Konservləşdirilmiş qarğıdalı
-Duzlu xiyar
-Közlənmiş bibər
-Cəfəri,şüyüd
-İstiot,duz
-Mayonez.

Nuş olsun!

Şəkil və tərif Hansaya məxsusdur,bir 2 ərzaq da mən əlavə etdim :)

2 yorum:

RƏYLƏRİNİZ DİGƏR OXUYUCALARA DA KÖMƏK OLA BİLƏR! ODUR Kİ, RƏY YAZMAĞI UNUTMAYIN! :)