6 Haz 2010

Eskidendi Çok Eskiden...


Hərdən dönüb geriyə baxıram..Uşaqlığımı xatırlayıram..O zamanı xatırlayıram..Bəzən öz-özümə fikirləşəndə də gülmək tutur məni...Axı " o zaman "-nə qədər keçib ki üstündən?!...Daha 19 yaşım var...Amma,sanki yaşadığım hər il fərqli zəmanədir..Yaşadığm uşaqlıq,yeniyetməlik və indiki gənclik illərim sanki tamamilə zamanlarda keçib..Və mən niyəsə ən çox uşaqlığım üçün darıxıram..Uşaqların şablon arzusu : "Uşaqkən tez böyümək "..Lakin yaşlandığım zaman uşaq olmaq istəmək...Niyə hər kəsdə eyni cür duyğular var?! Mən böyüməyi yalnız universitetə qəbul olmaq üçün arzulayırdım..Oxumağı sevirdim ona görə..Artıq universiteti gələn il bitirəcəm..Bəs sonra?!Axı mən yalnız universitet üçün böyümək istəmişdim..Son zamanlar çox tez-tez əvvəlki günlərimə dalıram...Sabki balaca bir qız ANAsını itirmib,indi də onu axtarırmış kimi,mən də o günləri axtarıram..Yox,yox,indi də ŞÜKÜR,MİN ŞÜKÜR ki,hər şey yerində..Amma,uşaqlığım yox...:(

Sezen Aksu----Eskidendi çok eskiden...2 gündür davamlı dinlədiyim musiqi....

Hani herkes arkadaş
Hani oyunlar sürerken
Kimse bize ihanet etmemiş
Biz kimseyi aldatmamışken
Hani biz kimseye küsmemiş
Hani hiç kimse ölmemişken
Eskidendi,çok eskidendi ....

Hiç yorum yok:

Yorum Gönder

RƏYLƏRİNİZ DİGƏR OXUYUCALARA DA KÖMƏK OLA BİLƏR! ODUR Kİ, RƏY YAZMAĞI UNUTMAYIN! :)