15 May 2010

Kədər və Sevinc.

Bəzən hər şeyin saxta olduğunu görürük..Nə qədər olsa da,bəzən ümidlərə qapılıb,sonda birdən xəyallarımızın bir kəpənək kimi əlimizdən uçub getdiyini görürük..Üzülürük,üzülürük..Sonra birdən elə bir xoşbəxt anlar yaşayırsan ki,o saxtakarlıqları,o pislikləri unutdurur sənə..mən də bu gün belə bir şeylə rastlaşdım..Bəlkə mən səhv edirəm..Bilmirəm,zaman göstərəcək bunu.Amma,onu deməliyəm ki,hal-hazırda hava əla,hədsiz gözəl,AİLƏM,Hər şeyim CANIM AİLƏM yanımda..Həyat isə davam edir və bəlkə biz bundan sonra daha pis hadisələrlə,narahatlıqlarla,xoşagəlməzliklərlə qarşılaşacağıq.Amma,hər şeyə rəğmən sevdikləriniz,AİLƏniz,yaxınlarınız,əzizləriniz Sizinlə olsun!Onda baxın necə bütün çətinlikləri dəf etməyə hazırıq!

Nəsə bu günlərdə elə bil bir çox şeylər yolunda getmir :(.Amma,bu günlərdə artıq bacım universiteti bitirir.2 imtahanından "5" aldı.Çox sevindik AİLƏlikcə hamımız!Bircə diplom işi və onun müdafiəsi qaldı.O da xeyirlisi ilə bitsin,İNŞALLAH!Hələ bizi digər bir həyəcan da gözləyir.Magistraturaya qəbulun 2-ci mərhələsi :S.Dualarımızdan heç əksik etmirik,İNŞALLAH qəbul olub,bizləri sevindirər..AMİN!


Mənim də dərslərim bitmək üzrədir.Qarşıda zaçot-imtahan var :(((.Heç sevmirəm dəə (((.Belə havalarda heeeç dərs oxumaq istəmirəm..İstəyirəm yarım qalmış bədii əsərləri tamamlayım..Dostoyevski..Cecelia Ahern...O qədər kitab var ki,növbədə oxumalı...Çox sevdiyim bir hobbidir sərin yaz-yay axşamlarında yanımda 1 fincan ya çay,qəhvə(isti şokolad da olar :) )olsun,əlimdə də bir bədii əsər,mən də o əsərin baş qəhrəmanı..:).Hələ rayonda olsam,o ayrı keyf.Həyətdəki taxtda,ya da pilləkəndə uzanıb kitabını oxuyasan..Ufff,bu imtahanlar gəlib keçsəydi...

4 yorum:

  1. Aile herseyden onemlidir..Ins oz ailen olar..Ozaman yaxinlarimizi daha cox sevir.daha cox hormet edirik..
    P.S.Bayaq serh yazacaqdim..amma nese serh yeri gorsenmirdi:)Yegin dizayni deyisdiyinden ele olub:)Ugurlar..

    YanıtlaSil
  2. Mia : Əlbəttə..Nə olursa,olsun,AİLƏ..!AİLƏ bizə dayaqdır.Yanımızda heç kim olmasa da,heç kim bizə dəstək olmasa da yenə AİLƏ hər zaman sənin yanında olur.Təşəkkür edirəm..Hər Kəsə Gözəl Xoşbəxt bir AİLƏ qismət olsun!AMİN!

    P.S-ya gəldikdə..Aha,digər postda qeyd etdiyim kimi,,xoşum gəlir template dəyişməkdən ;).Bu da ona görə olmuşdu .Çox sağ olsun,Ana Panda xəbərdar etdi. ;)

    YanıtlaSil
  3. Hee girdim yazam alinmadi:)yemeklerinde dadli gorunur yaman:)Nus

    YanıtlaSil

RƏYLƏRİNİZ DİGƏR OXUYUCALARA DA KÖMƏK OLA BİLƏR! ODUR Kİ, RƏY YAZMAĞI UNUTMAYIN! :)