15 May 2010

Ev işləri və Mən ?!

Səhər yuxudan yarımçıq durmuşam.Kompüteri yandırana qədər yuxum tökülürdü gözümdən :),amma,sonra bu yuxu harasa qaçdı və mən onu tuta bilmədim :).Səhər yaxşıca nahar etdim,11də.6-cı gün olduğundan dərslər də yoxdur və evdəyəm.Evdə qalmağı heç sevmirəm.Qalanda özümü çox narahat hiss edirəm,gərək nə iləsə başımı qarışdırım ki,darıxmayım.Elə-beləcə heç sevmədiyim bir iş olan ev yığışdırmaqla məşğul oldum.Ev deyəndə bütün otaqları deyil,yalnız öz otağımı :).Digərləri onsuz təmizdir,amma,gündəlik olaraq bizim otaqda aləm qarışır,dəftər-kitab artıq rəflər bezib onların əlindən.Testlər,nə qalınlığına dərs kitabları.Dəftərlər,kserekopyalar :)..Nə isə,hamısını səliqəyə saldım,tozunu aldım.1-ci gün yenə aləm dəyəcək bir-birinə :D.Yox,yox,heç olmasa 2-3 gün keçəndən sonra mən yenə hirslənə-hirslənə buraları yenidən yığışdırmalı olacam :)

Gecə yaman acımışdım.Əlimə keçən tərəvəzlərdən salat düzəldib,yedim.Quru nanə də səpmişdim..Necə onun ətri məni bihuş elədisə,yadıma düşbərə düşdü :).Gecəni düşbərənin xəyalı ilə yatdım)),səhər ilk iş ANAma düşbərə bişirməsini xahiş etmək oldu.Çoxdandır bişirilsə də yemirdim.Yemək baxımından çox kaprizliyəm,çox şey yemirəm.Daha doğrusu yeyə bilmirəm.Körpəlikdən belə olmuşam :S.İndi də gedib ANAma düşbərəni bükməkdə kömək edəcəm ;).Sonra da onu ləzzətlə nuş edəcəm,yeriniz məlum ;) Artıq ANAm çağırdı,gedim köməyimi edim ;)

Əslində mənə yazmağa həvəs verən havadır .O qədər gözəl hava var ki çöldə,super..Amma,mən evdəyəm :(.Hava bir az isinən kimi,valideynlərin öz körpələrini çöldə gəzdirməsini çox sevirəm.Özəlliklə də körpələri..Çox gözəl görünürlər.Onlar ANAlarının qucağında elə gözəl mışıl-mışıl yatırlar ki.Adamın lap körpə olmağı gəlir..Hələ 2-3 yaşlı balacalar :).


Gələk düşbərələrə :).ANAma dediyim kömək etdim,bükdük.Burda hansıın mənim,hansının ANAmın bükdüyünü demək bir az çətin olar :)) Düzdür düşbərə yay yeməyi deyil,amma,nəsə yaman könlümdən keçmişdi.Çünki,bu qış bişirilsə də mən yeməmişdim.

Həvəslə onun bişməyini gözləyərkən boş qalmayıb çoban salatı hazırladım.Çox dadlı salatdır.Özəlliklə hər yeməyin yanında da istifadə olunur,universaldır ;)

Bu da mənim çoxdan səbrsizliklə gözlədiyim yeməyim :)ANAmın da,Mənim də əllərimizə sağlıq ;)

Nuş Olsun :)!

2 yorum:

  1. amanıııınnn.. azerbaycandan uzaqda ve de üstelik yanında anası, nenesi olmayan bir insana edilecek şeymidir bu?!

    nece xetrim istedi! .)

    YanıtlaSil
  2. Ana Panda : Ayyy,bağışla :((

    YanıtlaSil

RƏYLƏRİNİZ DİGƏR OXUYUCALARA DA KÖMƏK OLA BİLƏR! ODUR Kİ, RƏY YAZMAĞI UNUTMAYIN! :)