12 Haz 2015

Hünkar Beğendi

Əgər eyni yeməkləri bişirməkdən yorulmusunuzsa Türk mətbəxinin yeməklərindən olan Hünkar Beğendi'ni bişirib, süfrənizdə fərqli ləzzətli dad ortaya çıxarda bilərsiniz ;) 
P.S. Öncədən qeyd edim ki, ətlər quşbaşı olmalıdır. Mən iri tikə sevmədiyim üçün ətləri xırda doğramışam.


İçindəkilər/İçindekiler:

Quşbaşı doğranmış dana-quzu əti / Kuşbaşı doğranmış dana ve kuzu eti
Soğan
Yaşıl bibər / Yeşil biber
Pomidor / Domates
Duz, istiot / Tuz, karabiber
   
Beğendi'si  üçün / Beğendisi için:
                                   
3 ədəd orta boy badımcan / 3 adet orta boy patlıcan   
1 stəkan süd /1 su bardağı süt
1,5 yemək qaşığı un /1,5 yemek kaşığı un
İstiot / Karabiber
Kərə yağı / Tereyağı
Bitki yağı / Sıvı yağ
Holland pendiri /Kaşar peyniri

 Hazırlanması 
1. 1 yemək qaşığı bitki yağını tavada qızdırırıq. Quşbaşı doğradığımız ətləri yüksək dərəcədə qovururuq. Ətlər suyunu buraxdığı zaman, qazın dərəcəsini orta dərəcəyə gətiririk. Tavamızın qapağını qoyub, suyunu çəkənə qədər bişməsini gözləyirik. Bişən ətə kub şəklində doğranmış soğan, bibər əlavə edib, 10 dəqiqə bişiririk. Daha sonra pomidor (mən qabığı soyulmuş üstün tuturam) kub şəklində doğranır, duz və istiotla əlavə edilir. Pomidorun suyu quruduqda tavamızın altını söndürürük.
    Tavaya 1 yemek kaşığı sıvı yağ alıp ısıtıyoruz. Kuşbaşı doğradığımız etleri yüksek ateşte kavuruyoruz. Etler suyunu verince, tavamızın ağzını kapatıp, orta ateşte etler suyunu çekinceye kadar pişiriyoruz. Pişen ete küp küp doğranmış soğan ve biberleri ekliyoruz, 10 dakika pişiriyoruz. Küp doğranmış domatesleri (ben kabuğunu soymayı tercih ediyorum), tuzu ve karabiberi etlerimize ekliyoruz. Domatesin suyu çekilince altını kapatıyoruz. 

2. Badımcanları közləyirik. İsti-isti qabığını soyuruq və bıçaqla xırda-xırda doğradıqdan sonra, elə bıçaqla da əzməyə başlayırıq. Tavaya bitki yağ və kərə yağı əlavə edib, yağı isidirik. Yağ qızdığı zaman unumuzu əlavə edib dayanmadan qarışdırırıq. Unun rəngi dəyişdikdən sonra süd əlavə edirik. Yenə qarışdırmağa davam edirik. Qatılaşmağa yaxın badımcanları içinə əlavə edirik və qarışdırırıq. Bir neçə dəqiqə sonra duz, istiot və rəndələnmiş holland pendirini də əlavə edib, qarışdırıb, pendir əridikdən sonra tavamızın altını söndürürük. Geniş boşqaba əvvəlcə sosumuzu yayırıq, orta hissəsini açırıq və ətləri də ora əlavə edirik. Üzərini reyhan və cəfəri ilə bəzəyərək isti şəkildə süfrəyə veririk. Nuş olsun :)
  Patlıcanları közlüyoruz. Sıcak sıcak kabuğunu soyup, bıçakla küçük küçük doğrayıp, döver gibi eziyoruz. Tavaya sıvı ve tereyağı alıp isitiyoruz. Unumuzu ekleyip, kokusu çıkıp renk değiştirene kadar kavuruyoruz. Üzerine süt ekleyip kavurmaya deam ediyoruz. Muhallebi kıvamına geldiği zaman patlıcanları da ekleyip kavurmaya devam ediyoruz. Rendelenmiş kaşar peyniri, tuz, karabiber ekleyip, peynir eridikten sonra tavamızı ocaktan alıyoruz. Geniş tabağa önce beğendimizi yayıp, orta kısmını açıp, etleri ortaya ekliyoruz. Üzerini fesleğen ve maydanozla süsleyip sıcakken servis edebilirsiniz. Afiyet olsun ;)  

5 Haz 2015

American Pancake

Səhər süfrələri üçün çox qısa zamanda hazırlanan pancake'in hazırlanma qaydasını yazmaq istəyirəm. Yazacağım resept yarım ölçüyə görədir. Orta boyda hazırlayacaqsınızsa o zaman təxminən 10 ədəd alınır. Əgər daha çox istəyirsinizsə tərkibindəkiləri iki dəfə artıra bilərsiniz :) Keçək içindəkilərə:


İçindəkilər:

1 yumurta
1 yemək qaşığı şəkər tozu
1 çimdik duz
1 stəkan süd
1 yemək qaşığı duru yağ
1 paket qabartma tozu
1 paket vanil
1,5 stəkan un


Hazırlanışı
Əvvəlcə 1 yumurta ilə 1 yemək qaşığı şəkər tozunu tel fırça ilə yumurta köpüklənənə kimi çalırıq. 


Daha sonra 1 çimdik duz, 1 stəkan süd və 1 yemək qaşığı duru yağ (mən günəbaxan yağını üstün tuturam) əlavə edib, təkrar fırça ilə çalmağa davam edirik.



Daha sonra 1 paket vanili kütlənin içinə əlavə edirik. Qabartma tozunu 1 stəkan unun içinə qarışdırıb, yavaş-yavaş qarışımın içinə əlavə edib, qarışdırırıq. Beləliklə, yavaş-yavaş 1,5 stəkan unu tamamilə əlavə edir və qarışdırırıq.



Ən son alınan kütlə bu halda olmalıdır. Nə çox qatı, nə də çox duru.




Pancake hazırlanışında ən önəmli nöqtə tavadır. Tavanız tefal tava olmalıdır. Tavaya qətiyyən yağ əlavə etmirik. Xəmiri tavaya əlavə etdikdə, bir az yayılacağı üçün həcmini özünüz müəyyən etməli olacaqsınız. Bir-iki cəhddən sonra əliniz alışacaq :) 
Tavanızı yüksək dərəcədə qızdırırsınız. 1 çömçəyə dolu olmamaq şərtilə, tavanızın və istədiyiniz ölçüyə görə xəmiri tavaya yaymadan, tərpətmədən tökürsünüz. 1 dəq gözləyirsiniz. Bu zaman ərzində çevirib,altını tərpədib baxmaq olmaz. Yoxsa istədiyiniz nəticəni ala bilməyəcəksiniz. Daha sonra 1 dəqiqə keçdikdən sonra, tefal uclu çevirənlə bir dəfəyə o biri üzünə çeviririk. Beləcə ikinci tərəfi də bişmiş olur :) Eyni ölçüdə alınmağını istəyirsinizsə, əliniz alışdıqdan sonra rahatlıqla edəcəksiniz. Və ya mağazalarda dairə halında pancake bişirmək üçün halqalar satılır. Onu da istifadə edə bilərsiniz.
Ən sonda hazırladığınız pancakeləri nutella, meyvələr və ya mürəbbə ilə bəzəyib süfrəyə verə bilərsiniz. Nuş olsun :)


Türkiyədə Təhsil: Sənədlər və Müraciət (Magistratura və Doktorantura pillələri üzrə)




 GİRİŞ

Xaricdə təhsil oxumaq istəyən hər kəsin arzusudur. Fərqli təhsil, fərqli mədəniyyətlər və fərqli dünyagörüşləri.. Mən də təhsilimi daha yaxşı davam etdirmək və mütəxəssislik sahəmi genişləndirmək üçün üz tutdum qardaş ölkəmiz olan Türkiyəyə. 
Şəxsimə o qədər Türkiyədə təhsillə bağlı sual ünvanlandı ki, sonunda qərar verdim ki, illər öncə açdığım, sonra yazmağa həvəs və vaxtımın olmadığı bu blog bir işə yarasın :) Mən təhsil üçün axtarışlar edəndə mənə kömək edəcək kimsəm yox idi ;) Odur ki, özünüz də nələrisə axtarmağa cəhd edin ;) Beləliklə, başlayaq ;)

Türkiyədə magistratura və ya doktorantura üzrə təhsil almaq istəyən şəxslər təhsillərini davam etdirəcəkləri sahəni dəqiqləşdirməlidirlər. Program dəyişikliyi edəcəksinizsə, başda çətinliklərlə qarşılaşa bilərsiniz. Çünki, bakalavrda görmədiyiniz dərsləri birbaşa "irəli" səviyyədən başlamaq Sizdə ruh düşkünlüyü yarada bilər. Yəni, bu işdə qərarlısınızsa, o zaman böyük yük Sizin üzərinizə düşəcək.

Bu sahə üzrə olan ən yaxşı universiteti axtarmaq lazım gəlir. Bunun üçün məşhur universitetlərdən əlavə, Türkiyə forumlarına baş çəkərək və ya ən sadə üsulla Google'a (məsələn; mühəndislik üzrə ən yaxşı universitet) tipli suallar verməklə suallarınıza cavab tapa bilərsiniz. 

Türkiyə universitetlərinin siyahısına baxa bilərsiniz. Bu siyahıdan maraqlandığınız universiteti seçərək universitetin Sizə maraqlı olan bölümü ilə tanış ola və suallarınız yarandığı halda "Əlaqə" (İletişim) bölməsindəki mail və ya telefon vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Universitetlər dövlət, vakıf, özəl olaraq ayrılır. Burada hansının Sizə uyğun gəlməsinə özünüz qərar verməlisiniz. Təhsilin hansı universitetdə uğurlu olmasına gəlincə, universitetin özəl olub təhsilinin mükəmməl olması deyə yanlış fikir yaratmayın. Dövlət universitetlərində də çox gözəl və mükəmməl müəllimlər var. Bunu öz subyektiv təcrübəmdən deyə bilərəm. Özəl universitetlərin təhsil haqqı xeyli yüksəkdir. Əgər maddi imkan buna icazə verirsə, özəl universitetdə də təhsil ala bilərsiniz. Universitetin yerləşdiyi şəhər, məkan bunların hamısı üçün GOOGLE var :D

Misal üçün (Universitetin adının üzərinə klikləyərək təhsil haqqını görə bilərsiniz):

Bahçeşehir Universiteti 
Sabancı Universiteti
Ankara Universiteti
Mimar Sinan Güzel Sanatlar Universiteti

Universitetlərə ildə iki dəfə (qış və bahar aylarında) qəbul elan olunur. Qış aylarında-Dekabrda müraciət etmisinizsə, deməli, fevral ayında dərsləriniz başlayacaq. Yay aylarında-İyun, İyulda müraciət etmisinizsə, Sentyabrda artıq dərslər başlayacaq.

Tezli (diplom işi olan) və tezsiz (sonda diplom işi olmayıb, semestrlər üzrə layihələr təqdim etmək) təshil: Əgər Siz akademik istiqamətdə davam etmək istəyirsinizsə, Tezli, yox, sadəcə ,dərəcə üçün təhsil alacaqsınızsa o zaman Tezsiz təhsil ala bilərsiniz.

SƏNƏDLƏR

1. Universiteti bitirdiyinizə dair sənəd və ya bitirmisinizsə diplom;
2. Transkript (Buraxılış qiymətləri, diploma əlavə)
3. Orta balınız  
4. ALES (Akademik Personel ve Lisansüstü Eğitim Giriş Sınavı)
5. IELTS, TOEFL (Universitetə bağlı olaraq)
6. TÖMER (Türkçe ve Yabancı Dil Araştırma ve Uygulama Merkezi)
6. Şəkil
7. Xarici passportun surəti

Məsləhət görərdim ki, sənədləriniz əlinizdə hazır olsun. Çünki, notariuslarda yaranan qızğın işə görə, univeristetdəki buraxılışlara görə sənədlərinizin Sizə verilməsi gecikə bilər. Bəzən universitetlər çox qısa müddətliyinə kontingent açıb bağlayırlar. Yaxud, sənədləriniz təcili poçt vasitəsilə göndərmək məcburiyyətində qala bilərsiniz. 

1-2-3-cü sənədlər: 4-cü kursun son semestr tələbələri universitetdən diplomunu dövlət imtahanı və ya diplom işini müdafiə etdikdən sonra ala bilmir. Buna görə, universitet dekanlığından bitirməyinizdə dair sənəd, 4 il  boyunca olan buraxılış qiymətləri haqqında sənəd, yəni, transkript (diploma əlavə), orta balınıza (bunu da dekanlıqdan ala bilərsiniz. Qiymətləriniz oxuduğunuz 5 və ya 100 ballıq sistem üzərindən hesablanacaq) dair sənədləri alırsınız. Aldığınız sənədləri Notariusda türk dilinə tərcümə etdirib, təsdiqlədirsiniz. Yaxşı olar ki, sənədlərinizdən 2 nüsxə təsdiqlətdirəsiniz. Biri hər zaman ehtiyatda qalsın.

4. ALES imtahanından aldığınız nəticənizi ÖSYM'nin rəsmi saytından çap edirsiniz.

5. Universitetiniz Sizdən ingilis dili bacarığınızı öyrənmək üçün ingilis və ya digər beynəlxalq səviyyəli sertifikatı tələb edə bilər. Təhsil diliniz ingilis, fransız və alman və digər dillər ola bilər. Buna görə dil bilginizə görə əlinizdə hər hansı bir sənədiniz olmalıdır. Əgər bu sənədlər yoxdursa, o zaman universitetin özünün xarici dil imtahanına girmək məcburiyyətindəsiniz. Seçim Sizindir :)

6.  TÖMER imtahanı tədris dili türk dili olanlar üçün keçərlidir. Universitetlərin istəkləri fərqli olur. Azərbaycan Xarici Dillər Universitetində TÖMER imtahanına girə bilərsiniz. Səhv etmirəmsə Slavyan ya da Qafqaz Universitetində var idi. Təəssüf, hal-hazırda Slavyan və Qafqazda olub-olmadığını bilmirəm. Azərbaycan Dövlət İqtisad Universiteti TÜDİFAK məzunlarının TÖMER'ə girməyinə ehtiyac yoxdur. Dekanlıqlarından türkcə təhsil aldıqlarına dair sənədi notariusda təsdiqlədə bilərlər.

7. Xarici pasportunuzun surəti və şəkil məsələsini izah etməyə ehtiyac yoxdur zənnimcə :))

Qeyd edim ki, diqqətlə və mütəmadi olaraq, qəbul olmaq istədiyiniz saytları izləməlisiniz. Kontingentlər tez açılıb-bağlana bilər. Ayrıca, hər universitetin qeyd şərtsiz tələb etdiyi sənədlər bunlardır. Qabiliyyət və sair tələb edən sənədlər də ola bilər. Yuxarıda qeyd etdiyim kimi, hər universitetin əlavə tələb etdiyi sənədlər də ola bilər. Amma mənim qeyd etdiyim sənədlər hər zaman tələb olunan ilkin sənədlərdir.

GÖNDƏRİŞ

Sənədlərinizi tam hazır etdikdən sonra universitetin tələb etdiyi formada-ya online müraciət şəklində, ya poçt vasitəsilə (Azerpoçt vasitəsilə 15 günə və ya ekspress xidmət ilə 2 günə sənədinizi çatdıra bilərsiniz) və ya özünüz şəxsən təqdim etməlisiniz.

MÜSAHİBƏ (MÜLAKAT) və ELMİ (BİLİM) İMTAHAN 

Yenə də universitetə bağlı olaraq universitet Sizinlə müsahibə edə bilər və ya etməyə bilər. Bəzən xarici vətəndaşlardan müsahibə götürülmür və onlar imtahana girmirlər. Sizə qaranlıq qalacaq məqam varsa bunu universitetin mail adresinə yaxud əlaqə bölməsində göstərdiyi telefonla əlaqə saxlayaraq müəyyənləşdirə bilərsiniz.

Nəticələriniz universitetlərin saytında elan olunur :)

Hər bir tələbəyə elm-təhsil yolunda uğurlar arzu edirəm. Qaranlıq qalan məqamları ŞƏRH bölməsinə yaza bilərsiniz. Əlimdən gəldiyi qədər cavablandırmağa çalışaram :) 

Uğurlar!

Hörmətlə :)