31 Ara 2010

2011 və Həmrəylik Günü!


Bu gün azərbaycanlılar Yeni ili qarşılamaqla bərabər,həmçinin,Dünya Azərbaycanlılarının Həmrəyliyi Günün də qeyd edirlər.Mən bütün AZƏRBAYCANLILARI İlk öncə həmrəylik günü münasibətilə təbrik edirəm!Qoy nəinki bu gündə,bütün günlərdə həmrəy olaq!

Hər kəsi Yeni İl münasibətilə də təbrik edirəm..!Hər kəsin öz arzusu var.Xəyallar gerçəkləşsin ;)

May dreams come true :)!

30 Ara 2010

Yeni İl-2011 !!!!!




Xüsusi olaraq gözlədiyim,ümidlər bəslədiyim,arzularımı reallaşdıracağım olaraq xəyal etdiyim və əmin olduğum 1 il-2011 qarşıdan gəlir..Nə qaldı ki?! 1 gün.... Tez gəlsin tezzzz! Sevinək! Xoşbəxtlik gətirsin,ruzi-brkət,qar kimi təzə və ağ vərəqlərə xoş günlər yazılsın!Sülh ,dinclik,rahatlıq olsun bu ildə!Acı,göz yaşı,ağrı,dərd biz tərəf döndərməsin üzünü..Xoşbəxt olaq! Xoş sürprizlər gözləyirəm bu ildən..Təhsildə yüksəliş özəlliklə.Bu il imtahanaların hamısını əla qiymətlə verib,bitirib,magistr adını almaq istəyirəm...Hətta,ali məktəbi bitirməmiş magistr olmaq istəyirəm..Hədəf Türkiyə ;) İNŞALLAH...

Çox arzum var,çooox...Yazsam,yazsam blogda yer qalmaz kiiiii....Ən xoş arzularla 2011 səni gözləyirəm...! Ümidlərimi doğrult! Xəyalar və arzular reallığa çevriləcək səndə İNŞALLAH!
Sizin arzular?! Varmı paylaşa biləcək arzularınız?! ;)

Yeni iliniz Mübarək olsun!

15 Ara 2010

Father and Son


Atalar və Övladları...Özəlliklə oğulları..

Bu gün :

Ataların Analardan fərqli övladına tamam başqa gözlə,sanki,öz övladını tamam ayrı bir sevgiylə sevdiyini gördüm..

Ataların övladlarının o bitib-tükənməz suallarına necə cavab verdiklərini gördüm...

Oğlan uşaqlarının maşınlara olan o tükənməz maraqlarının hər zaman dəyişməz olan maraqlarının gördüm...

Yeni ili necə sevdiklərini gördüm..

Şaxta babanın var olduğunu və onun Yeni İl gecəsi evlərinə gələcəyinə inandığını gördüm..

Küknar ağacını görüb "Yeni İl gəlir" mahnılarının oxuduqlarını gördüm...

Ataların isə hər zaman səbrli və sakit cavabları...


Boyzone-Father and son (mp3-yükləyin,dinləməyə dəyər bir musiqi)