17 Haz 2010

Fərhad Müəllim :(

AZƏRBAYCAN MEMARLIQ və İNŞAAT (AZMİU) Universiteti!Təhsil aldığım ali məktəb..1-ci kursdan tanıdığım və mənə "İqtisadi nəzəriyyə" fənnini,iqtisadiyyatın əsasını keçən,iqtisadiyyata dair bazanın əsasını qoyan,2-ci kursda isə "İqtisadi Təlimlər Tarixi"ni tədris edən Fərhad müəllim Əliyev bu gün dünyasını dəyişdi!Çox sevdiyim və hörmət etdiyim bir müəllimim!Xəstə idi..Ən son onu xəstəxanada ziyarət etdik qrup uşaqları ilə!Çox xəstə idi.Qaraciyər serroz!

Üzüldüm...O da məni çox istəyirdi,hörmət edirdi!Öyrətdikləri üçün ona çox təşəkkür edirəm!

ALLAH RƏHMƏT ELƏSİN!QƏBRİ NURLA DOLSUN!....Qəlbimdə daim yaşayacaq və daim çox gözəl 1 müəllim kimi anılacaq!

Dəniz Mövsümünü Açdım ;)



Novxanı...Günəş..Dəniz...Sahilə vuran dalğalar...Dənizdəki ayaq izləri və Miniature ;)

Dəniz
deyincı insanların ağlına birinci doyunca üzmək,çimmək gəlsə də...Mən elə düşünmürəm.Mənim təsəvvürümdə ayağa vuran sakit,bəzən də coşan dalğalar ,qulaqcıqlarda sakit musiqi və gəzmək gəlir.Yox,yox,qətiyyən romantik bir insan deyiləm.Sadəcə əsəblər sakitləşir və sən bu gəzintidən zövq alırsan!

Amma,uzun zamandan sonra mən də dənizdə üzdüm :).Gözəl idi ;).Uşaqlığıma qayıtdım....

15 Haz 2010

Ömrün İkinci baharı...


Bu gün AZƏRBAYCANın QURTULUŞ Günüdür!Bu münasibətlə Əl Oyunları Sarayında konsert keçirildi.Düzü,konsert çooox super keçməsə də.bir az istirahət etdim ;)

Konsertdən şəkillər çəkmədim.Konsertdən sonra sadəcə Dənizkənarı Parkda gəzərkən bu iki şəxsin əl-ələ tutub getdiyini gördüm..Ömrün 2-ci baharı bu olsa demək...

12 Haz 2010

Makaron Salatı


Dünən bloglara baxarkən 1 blog tapdım.Hansanın blogu..Oradan bu makaron salatını gördüm.Elə gözəl görünürdü ki...Mmm,ləziz.Adını çox eşitsəm də,üzünü çox görsəm də,bu makaron salatını heç dadmamışdım.Daha doğrusu makaronla necə olar?! deyə düşünüb etməmişdim...Amma,dünən artıq tərifini aldım vəəə günortaya hazırladım..Şəkil filan çəkmək ağlımdan keçsə də,o qədər dadlı görünürdü ki,yaddan çıxdı,daha doğrusu həvəs olmadı,mən də yedim :D

Tövsiyə edirəm..

Tərif:

-1 paket incə makaron
-Konservləşdirilmiş qarğıdalı
-Duzlu xiyar
-Közlənmiş bibər
-Cəfəri,şüyüd
-İstiot,duz
-Mayonez.

Nuş olsun!

Şəkil və tərif Hansaya məxsusdur,bir 2 ərzaq da mən əlavə etdim :)

10 Haz 2010

İnnocent Lie -olmadı :)))


Nə isə ki,bu yalan başlamadan bitdi ;)

Elə bir hadisə oldu ki,mən yalan söyləmək(xeyirli yalan olsa da) məcburiyyətində qalmadım..YUPPPPPPPİ :)!

9 Haz 2010

İnnocent Lie...


Mən bu gün kiçik bir yalan boyun aldım və onu söyləyəcəm...Amma,sizə deyil :)

Əslində o qədər günahsız 1 yalan ki.....Hər kəsi qurtaracaq ətrafımda...Hər kəs mənə,mən də 1inə dua edəcəm...!

Bayaqdan özümüçox narahat hiss edirəm bu yalanı deyəcəyimə görə...Amma,bir yandan da heç günahı olmayacaq bir yalan...Zamanı gəlincə biləcək bunu hər kəs..Amma,hələlik yox ;)

Ohhh,rahatladım :)

Yorğunluq,Yuxusuzluq,Aclıq və Gərginlik :(


Bunların hamısı məndə toplanıb indi :(.İndi gecə saat 2:22...Və mən Beynəlxalq iqtisadi münasibətlər fənninə dair testləri edirəm :@.İyunun 26-ı imtahanımdır :(

19.06-Statistika-ki nifrət etdiyim bir fənndir :) 12:30

26.06-Beynəlxalq iqtiasdi Münasibətlər (BİM) 11:00

30.06-menecment---sevirəm bu fənni,amma,imtahanı olmasa :D-11:00

03.07-Ekonometrika....09:30

06.07-Praktika-21 gün...

Bəs mən nə zaman istirahət edəcəm?! :(

7 Haz 2010

Happy Birthday,Dear Sister!


Bu gün Canım Bacımın Ad günü..!Çooox sevinirəm.Çox gözləyirdim bu ad gününü.21 yaşına qədəm qoydu,sevgili bacım!

Ona arzularım sonsuz!Saysam yer qalmaz :).

Əziz Bacım!Səni bu gözəl,xoş günün münasibətilə ürəkdən,ta ürəyimin dərinliklərindən təbrik edirəm!Sənə dünyanın ən xoş anlarını yaşamağı arzu edirəm..O gözəl gözlərin heç zaman kədərlənməsin!Daim gülsün,gülsün,gülsün!AMİN!Sənə qadın səadəti,xoşbəxtlik,can sağlığı,sevinc,doya-doya yaşaya biləcəyin uzunömürlü sevgi,xoşbəxtlik dənizində üzməyi və hətta orda boğulmağı ;),ATA və ANAnın hər zaman fəxri olmağı,magistr adını almağını,sevdiklərinlə,AİLƏnlə gözəl 1 ömür keçirtməyi arzu edirəm...!AMİN,İNŞALLAH!

Bu arzularımın milyonda biri,bilirsən..!Okeanda 1 damla yəni...!

P.S.Bu balaca şirin pişik isə,mənim hədiyyəm :).Canlısını hədiyyə edə bilmirəm,çünki,özüm onunla birlikdə yaşaya bilmərəm ;).Amma,bu canlıdan daha gözəl ;) və ona daha yaxın..elə yumşaqdır ki,bir görsəniz...Amma qucağındakı namənin içindəkini deyə bilmərəm ;)!O da sirr qalsın :).

.
Səni Çoooooooo..........x İstəyirəəəə.........m,BACIŞKOOOOO....M!


Ad Günün Mübarək...!Neçə belə Xoşbəxt,Gözəl Ad Günlərinə!

Sevgilərlə...: Səni sonsuzluq qədər sevən Mimin :)

o7.o6.2010

6 Haz 2010

İ dreamed a dream....



Əminəm ki,1 gün,özü də çox qısa zaman kəsiyində(max ; 1 il ) böyük arzularım reallaşacaq !İNŞALAH,AMİN!

Eskidendi Çok Eskiden...


Hərdən dönüb geriyə baxıram..Uşaqlığımı xatırlayıram..O zamanı xatırlayıram..Bəzən öz-özümə fikirləşəndə də gülmək tutur məni...Axı " o zaman "-nə qədər keçib ki üstündən?!...Daha 19 yaşım var...Amma,sanki yaşadığım hər il fərqli zəmanədir..Yaşadığm uşaqlıq,yeniyetməlik və indiki gənclik illərim sanki tamamilə zamanlarda keçib..Və mən niyəsə ən çox uşaqlığım üçün darıxıram..Uşaqların şablon arzusu : "Uşaqkən tez böyümək "..Lakin yaşlandığım zaman uşaq olmaq istəmək...Niyə hər kəsdə eyni cür duyğular var?! Mən böyüməyi yalnız universitetə qəbul olmaq üçün arzulayırdım..Oxumağı sevirdim ona görə..Artıq universiteti gələn il bitirəcəm..Bəs sonra?!Axı mən yalnız universitet üçün böyümək istəmişdim..Son zamanlar çox tez-tez əvvəlki günlərimə dalıram...Sabki balaca bir qız ANAsını itirmib,indi də onu axtarırmış kimi,mən də o günləri axtarıram..Yox,yox,indi də ŞÜKÜR,MİN ŞÜKÜR ki,hər şey yerində..Amma,uşaqlığım yox...:(

Sezen Aksu----Eskidendi çok eskiden...2 gündür davamlı dinlədiyim musiqi....

Hani herkes arkadaş
Hani oyunlar sürerken
Kimse bize ihanet etmemiş
Biz kimseyi aldatmamışken
Hani biz kimseye küsmemiş
Hani hiç kimse ölmemişken
Eskidendi,çok eskidendi ....

4 Haz 2010

South Africa World Cup-Football-2010


Bu yeni blog template də bunun şərəfinə ;)

İngiltərə favoritim..Sonra İtaliya və İspaniya ;).Çempion olacaqlarını gözləyirəm.Əsas da İngiltərənin..İNŞALLAH!

Aynı Salkımda İki Ayrı Üzüm....


Ferhat Göçerin gözəl bir mahnısına tutuklu kaldım :).."Üzüm"...

Aklima gelince o güzel yüzün
Her yanimi kapliyor tatli bir hüzün
Ayni rüzgara vurgun iki yelken
Ayni salkimda ayri iki üzüm...

3 Haz 2010

Mö'cüzələrə İnan ! ;)



Bu sabah yerimdən qalxdıqda ürəyimdən keçən ilk istək bloguma yazmaq oldu.Bu gün son zaçot.ALLAHın köməyi ilə onu da alsam,imtahana kimi bir az dincələrəm ;),yorulmuşam :(.
Başlığı "Mö'cüzələrə İnan" qoydum..Mən bir gün həyatımın daha əla,hətta,daha mükəmməl olacağına çoooox inanıram..ALLAHA ŞÜKÜR,bu həyatımdan narazı deyiləm,ŞÜKÜR,MİN DƏFƏ ŞÜKÜRLƏR OLSUN..Amma,yenə də dəyişkənlik,inanılmaz dərəcədə mükəmməliyə doğru 1 həyat istəyirəm.Bilirəm ki,bu baş verəcək İNŞALLAH..Azmı ALLAH-TƏALAnın möcüzələrini görmüşük?!Hər şeyin bir göz qırpımında dəyişməsini,həyatımda böyük möcüzələrin olmasını
istəyirəəəəəəm! ALLAHIM SƏSİMİ EŞİT !AMİN!

Dərsimi təkrarlamalıyam,amma,heç istəmirəm :(,yorulmuşam çünki..Bu gün "sığorta işinin təşkili"ndəndir zaçotum..Bax elə bu gün kiçik də olsa 1 möcüzə baş verəcək və mən zaçot alacam ;) İNŞALLAH..

Bəlkə 1 neçə aydan sonra,bəlkə də elə gələn ilin bu vaxtı həyatımda baş vermiş kiçik ya böyük,amma,həyatımı dəyişdirəcək möcüzələr haqda yazaram İNŞALLAH.AMİN!

Siz də mö'cüzələrə inanın! ;)

Gözəl bir gün keçirtməyiniz diləyi ilə ;)!

1 Haz 2010

Sevdanın Son Vuruşu.


Özüm üçün yeni bir mahnı kəşf etdim..Tarkan-Sevdanın son vuruşu..Mahnı ilə bir əlaqəm olmasa da,mən bu mahnını çox sevdim..Dinləməyə dəyər..!