30 May 2010

AZƏRBAYCAN Eurovision-da 5-ci...

Artıq 55-ci Eurovision mahnı müsabiqəsi başa çatdı.Müsabiqənin qalibi isə Almaniya-Lena Meyer-"Satellite" oldu.Məncə ondan da güclü ifaçılar var idi,amma,demək ki,Avropa bu il belə musiqi dinləmək istəyir :)Düzdür,favoritlərim tamamilə ayrı ölkələr idi və onlar da ön sıralarda öz yerlərini tutdular.AZƏRBAYCAN isə 5-ci yerdə qərarlaşdı.Son səsverməyə qədər AZƏRBAYCAN 4-cü yerdə idi.Lakin ermənistanın digər bir ölkəyə səs verməsi ilə AZƏRBAYCAN 1 pillə aşağı düşdü.Yenə etdilər edəcəklərini...

Sonda isə AZƏRBAYCANa gələn səsləri qeyd edim :

AZƏRBAYCANA gələn səslər :

İspaniya-7
Norveç-7
Moldova-7
Kipr-10
Bosniya və Hersoqovina-7
Belçika-5
Serbiya-0
Belarus-6
İrlandiya-3
Yunanıstan-1
Gürcüstan-8
Türkiyə-12
Albaniya-0
İslandiya-4
Ukrayna-12
Fransa-0
Rumıniya-3
Rusiya-8
ermənistan-0
Almaniya-0
Portuqaliya-0
İsrail-7
Danimarka-2
Xorvatiya-0
Polşa-8
Finlandiya-0
Estoniya-0
Slovakiya-0
Latviya-2
Malta-12
Bolqarıstan-12
Litva-0
İsveçrə-2
İngiltərə-0
Niderland-0
Makedoniya-3
İsveç-0
Nə isə,AZƏRBAYCANı təbrik edirəm..! ;) Təbriklər,AZƏRBAYCAN!Uğurların bol olsun!AMİN!

29 May 2010

Eurovision Həyəcanı ...!


Artıq bu gün-29 may 2010-cu il-55-ci Eurovision mahnımüsabiqəsinin final həyəcanı yaşanır.Bu müsabiqədə AZƏRBAYCAN artıq 3-cü dəfədir ki,iştirak edir.1-ci dəfə Elnur və Samirin iştirakı ilə 8-ci,2-ci dəfə Aysel və Araşın iştirakı ilə 3-cü yeri əldə etmişdir.Bu il isə AZƏRBAYCAn "Drip Drop" mahnısı ilə təmsil olunur.AZƏRBAYCANa uğurlar diləyirəm.mənim isə öz favoritlərim var.Türkiyə,Gürcüstan,Danimarka,Rumıniya.Fikirmcə bu ölkələr ilk yerləri əldə edəcəklər.Xorvatiyanı da burda görmək istərdim,amma,heyf..Siyasət baxımından ermənistan burda çıxış etməli idi,həm də eyni zamanda,bir neçə yaxşı mahnıların yerini tutdu..

Bu gecə artıq bütün ürəklər Norveçin paytaxtı Osloda atacaq ;)

27 May 2010

Kiçik Sevinclər...

Böyük xoşbəxtliklər kiçik sevinclərdən başlayır deyirlər..Çox güman ki,bu belədir..Bəli,bəli,belədir..Kiçik-kiçik sevinclər birləşir,böyüyür,böyüyür,hər tərəfi bürüyür :)..Xoşbəxtlik saçır ətrafa..

Mənim də sessiyam başlayıb.Artıq 2 zaçotu ALLAHın köməkliyi ilə almışam.Birin mexaniki,digərini isə cavab verərək..Nəsə o qədər çoox sevindim buna ki :).Hələ 2 zaçot və 4 imtahan yenə məni gözləyir :(.Yaxşı olar,İNŞALLAH.Bu aralar blogumu yaza bilməmə səbəbim bu idi.

22 May 2010

Azercell-New Brand !

21 may 2010-cu il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində tələbə və məzunlar üçün əmək yarmarkası keçirildi.Getməyinə getdik,mən və digər 2 qrup yoldaşım.Biz qızlar CV-ləri verdik,daha iş əldə edəciyik ya yox,bax bunu bilmirik ;)

Azercell isə bizə gözəl bir fincan bağışladı.Çox sevdim mən bu fincanı :)

5 ildir ki,azercelliyəm və bununla da qürur duyuram.4.000.000 abonenti olan Azercell Azərbaycanın bir nömrəli mobil operatorudur :) !

Bu da yeni brandli Azercell fincanım!Çoooox sevindim ;)

20 May 2010

Virtual Dostlar ;)

Həyatımızda kifayət qədər dostlar va.Dost böyük məhfumdur,təbii ki,anlaya bilənə.Mənim də dostlarım,yaxınlarım var.Həyatda ən yaxın,ən əla 1 dost varmı,bax bircə bunu bilmirəm...
Resim EkleReal dostlardan başqa bir də,bu internet aləmindən maraqla izlədiyim 2 gözəl virtual dost var.Gərçi,yaşda məndən bir az böyükdürlər,amma,olsun :).Səmimi,pozitiv enerjili bu insanlarla virtual da olsa,tanış olmağıma çox şadam.Hər ikisinin blog və saytlarını çox maraqla izləyir,maraqlı məlumatlar əldə edirəm.

Başlayaq gözəl ANAdan..Azərbaycanlı,amma,Türkiyədə yaşayan gözəl bir ANA..Məsləhətləri ilə məncə bütün insanlara kömək edən bir ANA..Mən onu 1 sözlə Möhtəşəm 1 ANA adlandırardım..Belə ANAya rast gəlməmişəm...Hər internetdən istifadə etdiyimdə,mütləq ANA PANDAnın bloguna daxil oluram.Bu gün yeni maraqlı nə oxuyacaq,EsmNurun etdiyi hansı məşğuliyyət mənim də onu etmə istəyimə təkan verəcək :)

Digər gözəl bir insan Fotoqraf Kənandır.Mənim üçün Kənan,sözün əsl mənasında,Wedding Photographların ən əlasıdır.Azərbaycanda da nelə bir fotoqrafiyanın olduğunu biləndən sonra,1 çox fotoqrafların saytlarına baş çəkdim,maraqlandım.Amma,inanın ki,onun qədər əla iş yaradan bir fotoqraf görə bilmədim..Əhsən ona!Həyaztınızın Ən Xoşbəxt Anlarını ona həvalə etməkdə Sizi peşman etdirməyəcək bir fotoqrafımız var :)!

Virtualdırlar..Amma,yaxındırlar..Belə dostlarım olduğu üçün niyə də özümü xoşbəxt hiss etməyim?!

Onları bura qeyd etdim..Geriyə baxdığımda onlar da bu səhifədə varlar deyə!:)
Onları bura qeyd etdim..Mənim kimi hər kəsin onları tanıma şansı olsun deyə!




19 May 2010

Hədiyyələrim :)

Ad günümüz,8 Mart,Yeni İl,Novruz və digər bu kimi günlərdə hədiyyə almağa adət etmişik.Amma,bəzən adi günlərdə hədiyyə almaq nə maraqlı,nə həyəcanlı imiş :).Qrup yoldaşları,qohumlardan kiçik,bəlkə ucuz,amma,səni düşünərək alınan hədiyyələr insana necə də xoş təsir bağışlayırmış..Bunu indi anlayıram..Son zamanda çox sıxlıqla mənə edilən və mənim də çoox sevib,özən göstərdiyim hədiyyələrim...

Qrup Nümayəndəsindən :)-1 CHELSEA fan-yam ;)
Qrup Nümayəndəsindən 1 hədiyyə daha.Kiçik bir mərc nəticəsində əldə etmişəm :)-Cecelia Ahern-P.S.İ love You(kitabı hələ bitirməmişəm,zamanım yoxdur,amma,yay tətilində böyük məmnuniyyətlə oxuyacam)


Xalamoğlundan..Türkiyədən mənə sadəcə kiçik bir xatirə olan bu qolbaq...Hər gün taxıram..çünki,çooox sevirəm bu qolbağı..Bunlar son zamandan aldığım və sevdiyim hədiyyələrdir..bir-birinin ardınca..Bunu isə özüm-özümə hədiyyə edib aldım :).Çox sevirəm bunu da..Son 1 həftə hər gün universitetə gedəndə saçıma vurmuşam..
Kiçik hədiyyələr də olsa,məni o qədər xoşbəxt edirlər ki...

17 May 2010

Bazar Günü.

İlk öncə postu yazmamışdan qabaq deyim ki,ayın 15i Ümumdünya AİLƏ Günü olduğunu öyrəndim.Belə bir günün olmasını bilmirdim.Amma bütün günlər elə AİLƏ günüdür məncə.Ama yenə də lap özəl olan belə bir gündə-başda öz AİLƏ üzvlərim olmaq şərtilə bütün AİLƏləri təbrik edirəm.Daim bir yerdə olmaq diləyi ilə!


Bu gün bibimgilə getdik..Buzovnaya..İstirahətim özümü fotosessiya etmək :) (ən sevdiyim iş :) və digər şəkilləri çəkməklə keçdi..Həmin gündən fotoya yansıyanlar...

Arını yemək yeyərkən yaxaladım :)

15 May 2010

Ev işləri və Mən ?!

Səhər yuxudan yarımçıq durmuşam.Kompüteri yandırana qədər yuxum tökülürdü gözümdən :),amma,sonra bu yuxu harasa qaçdı və mən onu tuta bilmədim :).Səhər yaxşıca nahar etdim,11də.6-cı gün olduğundan dərslər də yoxdur və evdəyəm.Evdə qalmağı heç sevmirəm.Qalanda özümü çox narahat hiss edirəm,gərək nə iləsə başımı qarışdırım ki,darıxmayım.Elə-beləcə heç sevmədiyim bir iş olan ev yığışdırmaqla məşğul oldum.Ev deyəndə bütün otaqları deyil,yalnız öz otağımı :).Digərləri onsuz təmizdir,amma,gündəlik olaraq bizim otaqda aləm qarışır,dəftər-kitab artıq rəflər bezib onların əlindən.Testlər,nə qalınlığına dərs kitabları.Dəftərlər,kserekopyalar :)..Nə isə,hamısını səliqəyə saldım,tozunu aldım.1-ci gün yenə aləm dəyəcək bir-birinə :D.Yox,yox,heç olmasa 2-3 gün keçəndən sonra mən yenə hirslənə-hirslənə buraları yenidən yığışdırmalı olacam :)

Gecə yaman acımışdım.Əlimə keçən tərəvəzlərdən salat düzəldib,yedim.Quru nanə də səpmişdim..Necə onun ətri məni bihuş elədisə,yadıma düşbərə düşdü :).Gecəni düşbərənin xəyalı ilə yatdım)),səhər ilk iş ANAma düşbərə bişirməsini xahiş etmək oldu.Çoxdandır bişirilsə də yemirdim.Yemək baxımından çox kaprizliyəm,çox şey yemirəm.Daha doğrusu yeyə bilmirəm.Körpəlikdən belə olmuşam :S.İndi də gedib ANAma düşbərəni bükməkdə kömək edəcəm ;).Sonra da onu ləzzətlə nuş edəcəm,yeriniz məlum ;) Artıq ANAm çağırdı,gedim köməyimi edim ;)

Əslində mənə yazmağa həvəs verən havadır .O qədər gözəl hava var ki çöldə,super..Amma,mən evdəyəm :(.Hava bir az isinən kimi,valideynlərin öz körpələrini çöldə gəzdirməsini çox sevirəm.Özəlliklə də körpələri..Çox gözəl görünürlər.Onlar ANAlarının qucağında elə gözəl mışıl-mışıl yatırlar ki.Adamın lap körpə olmağı gəlir..Hələ 2-3 yaşlı balacalar :).


Gələk düşbərələrə :).ANAma dediyim kömək etdim,bükdük.Burda hansıın mənim,hansının ANAmın bükdüyünü demək bir az çətin olar :)) Düzdür düşbərə yay yeməyi deyil,amma,nəsə yaman könlümdən keçmişdi.Çünki,bu qış bişirilsə də mən yeməmişdim.

Həvəslə onun bişməyini gözləyərkən boş qalmayıb çoban salatı hazırladım.Çox dadlı salatdır.Özəlliklə hər yeməyin yanında da istifadə olunur,universaldır ;)

Bu da mənim çoxdan səbrsizliklə gözlədiyim yeməyim :)ANAmın da,Mənim də əllərimizə sağlıq ;)

Nuş Olsun :)!

Blogger Templates.

Öncəliklə 1 şeyi qeyd edim ki,normalda günlük desək də,mən istənilən zaman günlüyümü yazıram.Yəni,bu 1 gündə 2 dəfə,yaxud da ayda 1 dəfə olur və bəzən də 2-3 aydan bir..Ehtiyac yarandığı müddətdə yəni..O sənin ən yaxın dostun,sirdaşın olur..Heç kimin bilmədiyi sirrlər orda olur ;).

"Blogger Templates" adını verdiyim bu mövzuda da 1 şeyi qeyd etmək istəyirəm ki,əhval-ruhiyyəmdən asılı olaraq çox tez-tez,yəni,gündə bir 5-6 dəfə şablonları dəyişirəm :).Əgər indi bu şablonu istifadə edirəmsə,20 dəqiqədən sonra başqa template görsəniz,təəccüblənməyin :).Dəyişiklik olur,əhval-ruhiyyəmə uyğun olaraq... Amma,bunu çox sevirəm ;)

Kədər və Sevinc.

Bəzən hər şeyin saxta olduğunu görürük..Nə qədər olsa da,bəzən ümidlərə qapılıb,sonda birdən xəyallarımızın bir kəpənək kimi əlimizdən uçub getdiyini görürük..Üzülürük,üzülürük..Sonra birdən elə bir xoşbəxt anlar yaşayırsan ki,o saxtakarlıqları,o pislikləri unutdurur sənə..mən də bu gün belə bir şeylə rastlaşdım..Bəlkə mən səhv edirəm..Bilmirəm,zaman göstərəcək bunu.Amma,onu deməliyəm ki,hal-hazırda hava əla,hədsiz gözəl,AİLƏM,Hər şeyim CANIM AİLƏM yanımda..Həyat isə davam edir və bəlkə biz bundan sonra daha pis hadisələrlə,narahatlıqlarla,xoşagəlməzliklərlə qarşılaşacağıq.Amma,hər şeyə rəğmən sevdikləriniz,AİLƏniz,yaxınlarınız,əzizləriniz Sizinlə olsun!Onda baxın necə bütün çətinlikləri dəf etməyə hazırıq!

Nəsə bu günlərdə elə bil bir çox şeylər yolunda getmir :(.Amma,bu günlərdə artıq bacım universiteti bitirir.2 imtahanından "5" aldı.Çox sevindik AİLƏlikcə hamımız!Bircə diplom işi və onun müdafiəsi qaldı.O da xeyirlisi ilə bitsin,İNŞALLAH!Hələ bizi digər bir həyəcan da gözləyir.Magistraturaya qəbulun 2-ci mərhələsi :S.Dualarımızdan heç əksik etmirik,İNŞALLAH qəbul olub,bizləri sevindirər..AMİN!


Mənim də dərslərim bitmək üzrədir.Qarşıda zaçot-imtahan var :(((.Heç sevmirəm dəə (((.Belə havalarda heeeç dərs oxumaq istəmirəm..İstəyirəm yarım qalmış bədii əsərləri tamamlayım..Dostoyevski..Cecelia Ahern...O qədər kitab var ki,növbədə oxumalı...Çox sevdiyim bir hobbidir sərin yaz-yay axşamlarında yanımda 1 fincan ya çay,qəhvə(isti şokolad da olar :) )olsun,əlimdə də bir bədii əsər,mən də o əsərin baş qəhrəmanı..:).Hələ rayonda olsam,o ayrı keyf.Həyətdəki taxtda,ya da pilləkəndə uzanıb kitabını oxuyasan..Ufff,bu imtahanlar gəlib keçsəydi...

14 May 2010

İlk Post ;)


2 il bundan evvel de blog yaratmaq isteyirdim.İndi de isteyirem.Amma indiki isteyim 2 il önceki isteyimi üsteleyir.Ve men de en nehayetinde bu blogu yaratmağa qerar verdim.2 il önce kompüterim olmasına reğmen evveller ve eyni zamanda indi de olduğu kimi kiçik defterçemde anlarımı bölüşürdüm.Lakin artıq bu internet alemi ile gündelik temasda olduğumdan,bir de burda,elimin altında bir günlüyüm olsun istedim.En nehayet yaratdım.Xeyirlisi olsun,ne deyim :) !

Eminem ki,bu blog heyatımda kiçik de olsa,deyişiklikler edecek.En xoş anlarımı Sizlerle bölüşmek isteyirem.En maraqlı xoş anlarımı ve yaşamımın bir hissesini buraya eks etmeye çalışacağam..İNŞALLAH..

P.S.Aranıza xoş geldim..:) SALAMLAR !